İdman
Mənasını itirib, futbola ziyan vurur - Sabiq “Barsa”lı “Qızıl top” haqda
“Barselona”nın keçmiş müdafiəçisi Samuel Umtiti “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.
“France Football” jurnalı ” İlin oyunçusu” mükafatına 30 namizədi açıqlayıb. Daha əvvəl “Real Madrid”in hücumçusu Kilian Mbappe mükafatı özünün qazanmalı olduğunu bildirmişdi.
Publika.az xəbər verir ki, Umtiti artıq “Qızıl top”un futbola ziyan vurduğunu iddia edib:
“Kilian Mbappe özünəinamlı insandır. Deyə bilərsiniz ki, o, bu barədə danışmamalı, meydanda baş verənlərə diqqət yetirməlidir. Hamı onun çoxlu qol vurduğunu, müəyyən anlarda yaxşı oynadığını görüb, amma ondan soruşsanız ki, “Sizcə, “Qızıl Top”u kim qazanacaq?”, o, özünün adını çəkəcək. Kimsə bəyənib-bəyənməsə də. Mən, şəxsən, bununla razılaşa bilmərəm. Hücumçular “Qızıl top”u sevirlər, amma mənim üçün aydındır ki, bu, ona verilməli deyil.
Siyahıya Kinonesin də adı daxil idi, bəs o, Dünya Kubokunda nə etdi? Bunu görəndə zarafat olduğunu düşündüm. Ciddi deyirəm, hətta o mərasimi izləməyəcəyəm də.
Hücumçular üçün “Qızıl top”u qazanmaq inanılmazdır. Bu mərasim bütün mənasını itirib, bu, komanda idman növü olan futbola böyük ziyan vurur. İnsanlar komanda mükafatlarından daha çox “Qızıl top”u qazanmaq haqqında düşünürlər.
Komandanla Çempionlar Liqasını qazana bilərsən, amma yalnız özünü düşünəcəksən. Yenə də statistikadan danışırıq və bu, kifayət deyil. Futbol yalnız statistikadan ibarət deyil.
Messi və Ronaldo dövründən sonra kubokun təqdimatını belə izləmirəm. Onların inanılmaz statistikası var idi və əgər böyük bir titul qazanmasaydılar, bunun əhəmiyyəti yox idi, çünki fantastik bir mövsüm keçirirdilər. İndi isə hansısa görkəmli oyunçunu ayırmağa ehtiyac yoxdur”.
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı

















.jpg)

















