İdman
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirdi - Foto
“Azərsun Holdinq” , “PASHA Real Estate” və “Dreamland Baku”nun dəstəyi ilə keçirilmiş “Azerbaijan Open 2026” qolf turnirinə yekun vurulub. 2016-cı ildən etibarən “Dreamland Golf Club” tərəfindən təşkil olunan və artıq ənənəyə çevrilən bu turnir ölkəmizdə olan qolfsevərlərlə yanaşı, xarici həvəskar qolfçuları da bir araya gətirib.
Publika.az xəbər verir ki, iki gün davam edən turnirdə yerli və xarici həvəskar qolfçular fərdi və komanda yarışlarında mübarizə aparıblar.
Turnirin ümumi çempionu və komanda yarışının qalibi Xəlil Hüseynov, İlqar Əhmədov, Elman Rzayev və Tofiq Əfəndizadə olub. İkinci yeri Nitin Kapoor, Kim Kwang Il, Kim Changsoo və Sang Jun Park, üçüncü yeri isə Chris Williams, Mark Taylor, Brian Lawson və Graham Beattie tutublar.
Turnirin tərəfdaşları sırasında “Dreamland Golf Club”, Azərbaycan Qolf Federasiyası, “Khazar Fabrication”, “Shura Links”, “Paragraph, Zala Springs Golf Resort”, Dreamland Golf Hotel”, “IMG”, “Kaşıbeyaz Baku”, “Bazarstore”, “The National Azerbaijan Golf Club” və “Dream Body Athletic Club & Spa” yer alıb.
İldən-ilə əhatə dairəsini genişləndirən “Azerbaijan Open” turniri həvəskar qolfçuların beynəlxalq turnir təcrübəsi qazanmasına, Azərbaycanda qolfun təbliğinə, bu idman növünə marağın artırılmasına və ölkənin beynəlxalq qolf məkanı kimi tanıdılmasına mühüm töhfə verir.
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı

















.jpg)

















