İdman
İkardi ilə bağlı sürpriz iddia: Yeni klubu bəlli olur
“Qalatasaray”dan ayrılan Mauro İkardinin gələcək karyerası ilə bağlı Braziliyadan sürpriz transfer iddiası ortaya atılıb.
Publika.az xəbər verir ki, argentinalı hücumçu ilə maraqlanan klubun adı bəlli olub.
Braziliya klubunun transfer siyahısında ilk sırada Riçarlisonun yer aldığı, bu transferin baş tutmaması halında isə diqqətin İkardiyə yönələcəyi bildirilib. “TyC Sports”un məlumatına görə, “Atletiko Mineyro” yaxın vaxtlarda ulduz futbolçunun transfer şərtləri barədə məlumat əldə edə bilər.
İkardi 2022-ci ildə PSJ-dən “Qalatasaray”a transfer olunub. Argentinalı futbolçu vurduğu vacib qollar və derbilərdəki çıxışları ilə sarı-qırmızılı azarkeşlərin sevimlisinə çevrilib. Təcrübəli hücumçu “Qalatasaray”ın qazandığı çempionluqlarda əsas rol oynayan futbolçulardan biri olub.
İkardinin adı daha əvvəl “Latsio” ilə də hallanıb və tərəflər arasında danışıqlar aparılıb. Lakin görüşlərdən nəticə əldə olunmayıb və transfer baş tutmayıb.
Karyerasını hansı klubda davam etdirəcəyi maraq doğuran argentinalı ulduz üçün “Atletiko Mineyro” variantı da beləliklə gündəmə gəlib.
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı

















.jpg)

















