İdman
Bu futbol ulduzları klubsuz qaldı - Siyahıda kimlər var?
Avropada yay transfer pəncərəsinin başa çatmasının ardından bir sıra tanınmış futbolçular klubsuz qalıb.
Publika.az xəbər verir ki, “Fanatik”in məlumatına görə, siyahıda karyerasında böyük klubların formasını geyinmiş və yüksək transfer dəyərinə malik futbolçular yer alıb.
Klubsuz qalan oyunçular arasında ən yüksək bazar dəyərinə sahib futbolçu Ceydon Sançodur. 18 milyon avro dəyərində qiymətləndirilən ingiltərəli vingerin son klubu “Aston Villa” olub. O, burada “Mançester Yunayted”dən icarə əsasında çıxış edib.
Siyahıda 10 milyon avro bazar dəyəri olan Yves Bissouma da yer alıb. Kot-d’İvuarlı yarımmüdafiəçinin son komandası “Tottenhem” olub.
“Arsenal” və “Mançester Siti” kimi klublarda çıxış etmiş Aleksandr Zinçenkonun da hazırda komandası yoxdur. Ukraynalı futbolçunun bazar dəyəri 8 milyon avro göstərilir. Eyni məbləğdə qiymətləndirilən Marselo Brozoviç isə son olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayıb.
Əlcəzairli ulduz Riyad Mahrez də klubsuz futbolçular sırasındadır. “Mançester Siti” ilə Çempionlar Liqasının qalibi olmuş Mahrezin hazırkı bazar dəyəri 5 milyon avrodur.
Siyahıda “Bavariya”nın sabiq futbolçusu Rafael Querreyro və dünya futbolunun tanınmış hücumçularından Kərim Benzema da yer alıb. Onların hər ikisinin bazar dəyəri 5 milyon avro göstərilir.
Klubsuz qalan digər məşhur futbolçular arasında Dani Karvaxal, Mauro İkardi, Entoni Marsial, Vilfrid Zaha, Rahim Sterlinq, David Alaba, Pol Poqba və Filippe Koutinyu da var.
Xüsusilə İkardinin klubsuz qalması diqqət çəkir. “Qalatasaray”ın sabiq hücumçusunun bazar dəyəri 4 milyon avro təşkil edir.
“Real Madrid”in uzun illər müdafiəsində çıxış etmiş Karvaxal və Avropanın aparıcı klublarında forma geyinmiş Alaba da hazırda yeni komanda axtarışındadır.
Siyahının digər diqqətçəkən adları isə Pol Poqba və Filippe Koutinyudur. Poqbanın son klubu “Monako”, Koutinyunun isə Braziliyanın “Vasko da Qama” komandası olub.
Beləliklə, transfer pəncərəsinin bağlanmasına baxmayaraq, futbol bazarında təcrübəli və tanınmış oyunçulardan ibarət kifayət qədər geniş sərbəst agent siyahısı formalaşıb.
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı

















.jpg)

















