İdman
“Sabah”dan Avrokuboklarda tarixi göstərici - Heç bir komanda bunu etməmişdi
“Sabah” UEFA Çempionlar Liqasında tarixi göstəriciyə imza atıb.
Publika.az xəbər verir ki, bu barədə besoccer.com saytı məlumat yayıb.
Bakı təmsilçisi Liqa mərhələsinin 1-ci turunda “Old Trafford”da “Mançester Yunayted”ə qarşı meydana çıxardığı start heyəti ilə turnirin rekordunu müəyyənləşdirib.
“Sabah”ın ilk “11-liy”ində 11 fərqli milliyyətdən futbolçu yer alıb:
Stas Pokatilov (Qazaxıstan), Timoteuş Puxaç (Polşa), Rəhman Daşdəmirov (Azərbaycan), Eyden Makkarti (Cənubi Afrika Respublikası), Akim Zedadka (Əlcəzair), İvan Lepinitsa (Xorvatiya), Umarali Rahmonaliyev (Özbəkistan), Velko Simiç (Serbiya), Kahim Parris (Yamayka), Kristian Nvaçukvu (Nigeriya), Coy-Lens Mikkels (Ruanda).
Avropa Kuboku və Çempionlar Liqasının tarixində daha əvvəl heç bir komanda matça 11 fərqli milliyyətdən olan futbolçudan ibarət start heyəti ilə başlamayıb.
2006-cı ildə “Arsenal”ın “Hamburq”la görüşündə də eyni anda meydanda 11 fərqli milliyyətdən futbolçu olub. Lakin bu, əvəzetmədən sonra baş verib. “Sabah” isə buna start heyətində nail olan ilk klub kimi tarixə düşüb.
“Sabah”ın hazırkı heyətində ümumilikdə 16 fərqli milliyyətdən futbolçu var.
Qeyd edək ki, “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində debüt etdiyi “Mançester Yunayted”lə görüş 0:4 hesabı ilə başa çatıb.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR













.jpg)



.jpg)





















