İdman
Donnarumma və həyat yoldaşına silahlı hücum: Təfərrüatlar məhkəmədə açılır
2023-cü ildə Parisdə qapıçı Canluici Donnarumma və onun həyat yoldaşı Alessia Elefanteyə qarşı törədilən silahlı hücumla bağlı məhkəmə prosesi Fransada başlayıb.
Publika.az xəbər verir ki, hadisə baş verən zaman italyan qapıçı PSJ- də oynayırdı, lakin hazırda "Mançester Siti" də oynayır. Cütlük o vaxtdan bəri münasibətlərini rəsmiləşdirib və Leo adlı bir uşaq böyüdürlər.
Hücum gecə saatlarında dəbli Avenue Montaigne məhəlləsində, cütlük mənzillərində yatarkən baş verib. Oğrular nərdivanla damın üstünə, oradan isə balkona qalxaraq içəri giriblər və pəncərələri sındırıblar. Oyandıqdan sonra Donnarumma soyğunçularla qarşılaşıb: onlardan biri onun üzünə vurub və bıçaq tutaraq qiymətli əşyalar tələb edib. Qapıçı masadakı “Audemars Piguet” saatını göstərib, bundan sonra oğrular diqqətlərini onun sevgilisinə yönəldiblər.
Alessia Elefante müstəntiqlərə başına gələnləri danışaraq, hücum edənlərin onu döydüklərini, pul və saat tələb etdiklərini qeyd edib.
Həyatını xilas etmək üçün o, “Cartier” saatını, zinət əşyalarını və təxminən iki min avro nağd pulu təhvil verib. Lakin soyğunçular seyfin kombinasiyanı tələb ediblər. Dəhşətə gələn qız kombinasiyanı bilmədiyini və içəridə heç nə olmadığını izah etdikdə, cinayətkarlar zorakılığa başlayıblar.
Hamilə olduğunu qışqırmasına baxmayaraq, hücum edənlər onun saçlarını yolub ayaqlarına təpik vuraraq qəddar dindirmələrini davam etdiriblər.
Donnarumma nəticədə cinayətkarlara seyfin kombinasiyasını verib, Alessiyanın xəbərdar etdiyi kimi, seyf həqiqətən tamamilə boş olub.
Dəstə “Mercedes” və “Lamborghini”nin açarlarını, həmçinin nağd pulu, dizayner çantalarını və qalan saatları götürərək qaçıblar.
27 yaşlı qapıçının özü məhkəmə iclaslarında şəxsən iştirak etmək niyyətində deyil, lakin həmin gecə baş verən hadisələri ətraflı şəkildə təsvir edən yazılı bəyanat təqdim edib.
Cinayətkar qrupun bir neçə əsas fiquru müttəhimlər kürsüsündədir və istintaq altındadır. Prokurorluğun məlumatına görə, 21 yaşlı İlias Herbuş və Kian Mamuni həbsxana kameralarından basqına rəhbərlik ediblər, baxmayaraq ki, hər ikisi iştirakını inkar edir. Digər iştirakçı, 24 yaşlı Moktar Diop, iştirakını etiraf etsə də, fiziki zorakılıq tətbiqini inkar edir. Cinayət zamanı yetkinlik yaşına çatmayan digər iki cinayətkar artıq müvafiq olaraq üç və dörd il həbs cəzası alıb, digər bir şübhəli isə 2024-cü ildə intihar edib.
Müəllif: Tural
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ
































.png)





