İdman
Ayxan Abbasov və İlqar Qurbanov Emreli ilə görüşdü - FOTO
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və yığmanın idman direktoru İlqar Qurbanov Polşaya səfər ediblər.
Publika.az xəbər verir ki, onların Çenstoxovaya gedişində əsas məqsəd “Rakov”un formasını geyinən Mahir Emrelinin çıxışını tribunadan izləmək olub.
Polşa çempionatının 7-ci turunda “Rakov” doğma meydanda “Motor”la qarşılaşıb. Çenstoxova təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və 87-ci dəqiqədə meydanı tərk edib.
Matçın ardından Ayxan Abbasov və İlqar Qurbanov milli komandanın hücumçusu ilə görüşüblər. Tərəflər söhbət zamanı Emrelinin klubdakı son durumu və Azərbaycan millisinin qarşıdakı oyunlarını müzakirə ediblər.

-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ











.jpg)






.jpg)














