İdman
Kurtua: "Real"ın atası mənəm!
“Real Madrid”in qapıçısı Tibo Kurtua ilk dəfə Madridin yeni trasında – Madrinqdə keçirilən İspaniya Qran Prisinin seçmə mərhələsində iştirak edib.
Publika.az xəbər verir ki, DAZN jurnalisti onunla orada əlaqə saxlayıb və “Real Madrid”in paltardəyişmə otağında kimin kim olduğunu öyrənməyə çalışıb:
Ən zarafatcıl – Kilian Mbappe.
Ən çox yuxusevən – Den Heysen.
Adətən kim vaxtında gəlir və ya gecikir? – Mən.
Kim daha çox qonaq edir? – Vinisius Junior.
Məğlubiyyəti ən pis kim yaşayır? – Mən.
Qələbələrdən ən çox kim həzz alır? – Kilian Mbappe.
Paltardəyişmə otağında musiqini kim ifa edir? – Kamavinqa, Heysen və Tçuameni.
Komandada ata kimdir? – Mən, ən böyük kimi, atayam.
Ən emosional kimdir? – Ən emosional… Məşqdə – Rüdiger
Ən çox kim tənqid olunur? – Bu, vəziyyətdən asılıdır. Bəzən Din… Adətən daha gənclər olur.
Hamının sevimlisi kimdir? – Mən hamı ilə yaxşı yola gedirəm, ona görə də deyəsən, bu mənəm.
Ən sentimental kimdir? – Tçuameni.
Futbola ən çox kim baxır? – Deyəsən, mən də onlardan biriyəm. Həyat yoldaşım bunu bəyənmir, amma…
“Real”ın növbəti məşqçisi kim ola bilər? – Bəlkə də mən. UEFA B diplomum var. Amma əsas komandaya məşqçilik etmək istəməzdim. Kiçik uşaqlarla işləməyi üstün tutardım.
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
















.jpg)
















