İdman
Ronaldonun rekordunu qırmağa 8 qol qaldı
Kilıan Mbappe “Rayo Valyekano”ya qarşı oyunda iki qol vuraraq “Real Madrid”dəki uğurlu çıxışını davam etdirib və komandasının 4:1 hesablı qələbəsinə töhfə verib. Bununla da La Liqada qollarının sayını 6-ya çatdıran fransalı ulduz “Pişiçi” mükafatı uğrunda mübarizədə Rafinya ilə bərabərləşib.
Publika.az xəbər verir ki, Mbappenin ilk qolu matçın 14-cü dəqiqəsində vurulub. Karreras sağ cinahdan irəliləyərək cərimə meydançasına daxil olduqdan sonra Lejeun tərəfindən yıxılıb. Baş hakim Qarsiya Verdura bu epizodda penalti təyin edib. Penaltini yerinə yetirən Mbappe topu “Rayo Valyekano” ilə ilk oyununa start heyətində çıxan Aydronun soluna göndərib.
Mbappeni 100-cü qoldan 8 qol ayırır
Mbappe ilk qolla kifayətlənməyib və 91-ci dəqiqədə matçdakı ikinci, “Real Madrid”in isə dördüncü qolunu vurub. Beləliklə, onun La Liqada qollarının sayı 6-ya yüksəlib.
Fransalı futbolçunun “Real Madrid” forması ilə 100 qola çatmasına isə cəmi 8 qol qalıb. Mbappe bu nailiyyətə iki mövsümdən bir qədər artıq müddət ərzində çatmağı hədəfləyir.
Kristiano Ronaldo da oxşar müddətdə eyni göstəriciyə çatmışdı. O, klubdakı 100-cü qolunu 105-ci matçında, noyabrın 2-də vurmuşdu.
Mbappenin qarşıdakı oyun təqvimində La Liqada 6, UEFA Çempionlar Liqasında isə 2 matç qalıb. Bu isə ona “Real Madrid”də 100-cü qoluna çatmaq üçün 8 oyunluq fürsət yaradır.
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa10 Noyabr 20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?





















.png)



.jpg)
.jpg)









