İdman
“Qarabağ”ın futbolçusu Macarıstan millisinə qayıda bilər
“Qarabağ”ın müdafiəçisi Bens Varkonji performansı ilə Macarıstan millisinin diqqətini cəlb edə bilər.
Publika.az xəbər verir ki, Macarıstan mediasının yazdığına görə, 24 yaşlı futbolçunun Ağdam klubuna keçidi karyerasında mühüm mərhələ hesab olunur. Müdafiəçinin sürəti, yüksək müdafiə xəttində rahat oynaması və topu arxadan qısa ötürmələrlə oyuna daxil etməsi “Qarabağ”ın oyun fəlsəfəsinə uyğun gəlir.
Bəhlul Mustafazadənin zədələnməsindən sonra əsas heyətdə şans qazanan Varkonji qısa müddətdə özünü doğruldub. O, Avropa Liqasının təsnifat mərhələsində keçirdiyi 4 oyunda meydana çıxıb və onun oynadığı dəqiqələr ərzində “Qarabağ” qapısında qol görməyib.
Analitik göstəricilərə əsasən, müdafiəçi həmin görüşlərdə duellərin 74,3 faizində qalib gəlib, ötürmələrinin 93 faizini dəqiq yerinə yetirib, hava toplarında isə 85,7 faiz üstünlük əldə edib.
Varkonji Konfrans Liqasının təsnifatında da yüksək göstəricilərlə çıxış edib. O, bu turnirdə duellərin 80 faizini, hava toplarının isə 83,3 faizini qazanıb. Ötürmələrinin 94 faizi dəqiq olub.
Futbolçunun agenti Matyaş Esterhazi də “Qarabağ”dakı ilk ayları uğurlu qiymətləndirib. Onun sözlərinə görə, Varkonji Bakıda müntəzəm olaraq əsas heyətdə oynayır və klub dəyişikliyi həm peşəkar, həm də maliyyə baxımından onun üçün əhəmiyyətli addım olub.
Məlumata görə, müdafiəçi bu səviyyədə çıxışını davam etdirərsə, Macarıstan millisinin baş məşqçisi Marko Rossinin diqqətini cəlb edə bilər. Varkonjinin sürəti, stabil oyun praktikası və “Qarabağ”la qazandığı beynəlxalq təcrübə milli komandaya dəvət şansını artıran amillər kimi göstərilir.
-
Sosial16:17Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - VİDEO
-
Hadisə15:46Sosial şəbəkələrdə pornoqrafik xarakterli video yayanlar saxlanıldı
-
Sağlamlıq15:20Bu beş amil ömrümüzü 11 il uzadırmış - Araşdırma
-
Avropa14:58Limanda əməliyyat - 350 kq kokain aşkarlandı(FOTO)
-
İdman14:03Bakıda yeni futbol klubu yaradıldı
-
Ekologiya12:29Sabahın hava proqnozu açıqlandı
-
MDB12:18Ukrayna daha bir yaşayış məntəqəsini itirdi
-
Səhiyyə12:00Ebola dəhşəti böyüyür - 7 022 yoluxma, 3 398 ölü











.jpg)
























