İdman
Pizza restoranı məşhur kluba sataşdı - Foto
İngiltərədə tanınmış pizza restoranlarından biri “Tottenhem”in Premyer Liqanın əvvəlində yaşadığı qol böhranına görə London klubuna sataşıb.
Publika.az xəbər verir ki, “Tottenhem Hotspur” şənbə günü evdə “Everton”la qolsuz heç-heçə edib. Bununla da komanda Premyer Liqada məyusedici nəticələrini davam etdirib və turnirdə artıq dörd turun geridə qalmasına baxmayaraq, hələ də bir dəfə belə fərqlənə bilməyib.
Tanınmış pizza restoranı “X” sosial şəbəkəsindəki hesabında yazıb: “Spurs”un Premyer Liqada vurduğu son qoldan bu yana 489 milyon 297 min 478 pizza çatdırmışıq”.
Roberto De Zerbinin komandası ardıcıl dördüncü matçında da rəqib qapısına yol tapa bilməyib. Bu, klub tarixində hücum baxımından Premyer Liqaya ən uğursuz başlanğıclardan biri olub. İki heç-heçə və iki məğlubiyyət nəticəsində cəmi 2 xal toplayan komanda turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
“Everton”la heç-heçə bu mövsüm Premyer Liqada ilk qələbəsini hələ də gözləyən De Zerbi üçün növbəti zərbə olub. Uğursuz başlanğıc və hücumdakı səmərəsizlik səbəbindən komanda üzərindəki təzyiq isə getdikcə artır.
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
















.jpg)
















