İdman
Ronaldo qəzəblidir: Bu azarkeşlər ömürlük stadionlardan uzaqlaşdırılmalıdır
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Əl-Hilal”ın ulduzu və həmyerlisi Ruben Nevesə “Əl-Taavun” azarkeşlərinin təxribat xarakterli şüarlarından sonra dəstək verib.
Publika.az xəbər verir ki, matç zamanı Nevesin qəzəblənməsinə səbəb olan hadisə baş verib. “Əl-Taavun” azarkeşləri ötən il faciəli qəza nəticəsində həyatını itirən, keçmiş “Liverpul” futbolçusu, Nevesin həmyerlisi və dostu Dioqo Jotanın adını dəfələrlə şüar şəklində səsləndiriblər. Bu, görüş zamanı “Əl-Hilal” futbolçusunu təxribata çəkmək cəhdi kimi qiymətləndirilib.
Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb. Ronaldo rəsmi “Instagram” hesabında həmin videoya şərh yazaraq azarkeşlərin davranışını sərt şəkildə tənqid edib.
“Liqanın hərəkətə keçməsi və azarkeşlərin bu cür davranışlarını cəzalandırması lazımdır. Bunun artıq futbolla heç bir əlaqəsi yoxdur və mütləq sərhəd qoyulmalıdır. Çünki belə davranan insanların bir daha stadionlara buraxılmaması lazımdır”, deyə Ronaldo bildirib.
Qeyd edək ki, matç başa çatdıqdan sonra Neves jurnalistlərin qarşısından keçib. Ondan hadisə ilə bağlı şərh verməsi istənilsə də, futbolçu bu barədə ətraflı danışmaqdan imtina edib. Bununla belə, “Al-Taavun” azarkeşlərinin davranışını açıq şəkildə tənqid edən qısa fikir səsləndirib.
Neves deyib: “Ümid edirəm ki, “Əl-Taavun” azarkeşləri namaz qılmağa getmirlər”.
Futbolçunun bu sözlərlə tribunadakı davranışın insani dəyərlərə və səmavi dinlərin prinsiplərinə zidd olduğuna işarə etdiyi bildirilir.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































