İdman
Premyer Liqada ilin bombası: “Aston Villa” 40 yaşlı Ramosu transfer edir
Müdafiə xəttində yaşanan zədələr səbəbindən çətin vəziyyətə düşən “Aston Villa” azad agent statusunda olan stoper Serxio Ramosu heyətinə qatmaq üçün hərəkətə keçib. Baş məşqçi Unay Emerinin həmyerlisi ilə şəxsən görüşdüyü iddia olunur.
Publika.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi “Aston Villa” transfer bazarında bütün diqqətləri üzərinə çəkəcək böyük bir addım atmağa hazırlaşır. Müdafiə xəttində ardıcıl zədələr və mövsümün əvvəlində yaşanan problemlərdən sonra təcrübəli lider axtarışına çıxan Birmingem təmsilçisi istiqamətini İspaniya futbolunun əfsanəsi Serxio Ramosa çevirib.
İspaniyanın “Fichajes” saytında yer alan iddiaya görə, “Aston Villa”nın baş məşqçisi Unay Emeri 40 yaşlı təcrübəli müdafiəçini razı salmaq üçün prosesə birbaşa müdaxiləyə qərar verib. Həmyerlisi ilə görüşən Emerinin komandadakı stoper çatışmazlığını Ramosun liderliyi və təcrübəsi ilə aradan qaldırmağı hədəflədiyi bildirilib.
Meksikanın “Monterrey” klubundakı macərasından sonra azad agent statusunda olan Ramosla bağlı tərəflər arasındakı danışıqların olduqca müsbət irəlilədiyi vurğulanıb. Xəbərin detallarında razılaşmanın yekunlaşma mərhələsinə yaxınlaşdığı və klubun təcrübəli ulduz üçün yaxın günlərdə tibbi müayinə planlaşdırdığı iddia edilib.
Transfer baş tutacağı təqdirdə Serxio Ramos karyerasında ilk dəfə İngiltərə Premyer Liqasında çıxış edəcək.
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?
-
Ekopublika.az09:00Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?


















.jpg)









.jpg)







.jpg)

