İdman
“Arsenal” o penaltiyə görə izahat tələb edir
“Arsenal” Premyer Liqanın 4-cü turunda “Sanderlend”ə qarşı oyunda qapısına təyin olunan penaltiyə aydınlıq gətirilməsini istəyir.
Publika.az xəbər verir ki, 54-cü dəqiqədə hakim Con Bruks “topçular”ın qpısına penalti təyin etdi . O, Ezri Konsanın cərimə meydançasına daxil olan Daniel Ballarda qarşı kobudluq etdiyini bildirdi. “Arsenal”ın müdafiəçisi rəqibini yerə yıxdı, baxmayaraq ki, Ballard özü rəqibinin köynəyini dartırdı. Qapıçı David Raya penaltini dəf etdi və iki dəqiqə sonra londonlular qələbə qolunu vurdular.
Oyundan sonra “Arsenal”ın baş məşqçisi Mikel Arteta bildirib ki, bu səviyyədə oyunlarda belə penalti qbuledilməzdir:
“Bu kimi qərarlar mövsümün gedişatını dəyişdirə bilər. Mən 28 ildir futboldayam, bu, heç bir halda penalti deyil”.
O, həmçinin əlavə edib ki , rəqib cüdo texnikasından istifadə edib, Konsa isə heç nə etməyib.
“The Guardian” qəzetinin məlumatına görə, “Arsenal” epizodla bağlı Pro Ref (Professional Game Referees) ilə görüş tələb edib. Klub hakimlərdən cəza ilə bağlı izahat almaq niyyətindədir.
Hazırkı İngiltərə çempionunun hakim Bruks penalti nöqtəsini göstərərkən video köməkçi hakimin (VAR) niyə müdaxilə etmədiyinə dair izahat tələb etməsi gözlənilir.
Müəllif: Tural
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq


















.jpg)
















