İdman
“Barsa”ya 100 milyonluq təklif: 4 komanda cavab gözləyir
Premyer Liqanın dörd klubu “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesi transfer etməkdə maraqlıdır.
Publika.az xəbər verir ki, “Diario Sport”un məlumatına görə, Kataloniya klubu artıq 23 yaşlı futbolçu üçün ümumilikdə 100 milyon avro dəyərində təklif alıb. Lakin neçə komandanın bu məbləği təklif etdiyi məlum deyil.
Yarımmüdafiəçiyə ən çox “Çelsi” və “Mançester Yunayted” maraq göstərir. Transferlə daha iki aparıcı İngiltərə klubu da maraqlanır, lakin onların adları açıqlanmayıb.
Ötən yay “Çelsi” Fermin üçün 70 milyon avro təklif etmişdi. “Barselona” isə məbləği yetərli hesab etməyərək cavab verməmişdi. Lopesin Kataloniya klubundan ayrılmaq niyyətində deyil. Futbolçu karyerasını “Barselona”da davam etdirmək istəyir və digər komandalardan gələn təklifləri nəzərdən keçirmir.
Yarımmüdafiəçinin irəliləyişini nəzərə alaraq, “Barsa” rəhbərliyi onun müqavilə şərtlərini yaxşılaşdırmaq üçün nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırır. Ferminin 2026-cı ilin yanvar ayında imzalanan hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. Onun sərbəst qalma məbləği 500 milyon avrodur.
“Barselona” müqavilə şərtlərinin artıq oyunçunun hazırkı səviyyəsinə uyğun gəlmədiyinə inanır.
Müəllif: Tural
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi










.jpg)





























