İdman
PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
PSJ-nin hücumçusu Ferran Torresin qış transfer pəncərəsində Madrid “Atletiko”suna keçəcəyi ilə bağlı xəbərlər gündəmə gəlib. Lakin Paris klubu ispaniyalı futbolçunun yanvarda satışa çıxarılacağı barədə məlumatları təkzib edib.
Publika.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
50 milyon avro qarşılığında PSJ-yə transfer olunan Torres Paris təmsilçisində gözləntiləri tam doğrulda bilməyib. “Barselona”nın sabiq hücumçusu indiyədək komandanın heyətində 7 qol vurub. Lakin futbolçu sentyabrın 20-dən bəri rəqib qapılarına yol tapa bilmir.
İspaniyanın “El Nacional” nəşri PSJ-nin futbolçu ilə yollarını ayırmaq niyyətində olduğunu və “Atletiko”nun onun xidmətində maraqlı olduğunu iddia edib. Məlumata görə, Madrid klubu ilə ilkin danışıqlar da aparılıb.
Ancaq “PSG Inside Actus” bu məlumatları təkzib edərək futbolçunun yanvarda satılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
PSJ-nin idman müşaviri Luis Kamposun da futbolçuya yatırılan maliyyəni qorumaqda maraqlı olduğu və onu ciddi endirimlə satmaq niyyətində olmadığı qeyd edilir.
Torresin Paris klubundakı vəziyyəti isə hələ də müzakirə mövzusudur. Hücum xəttindəki yüksək rəqabət və uzun müddətdir davam edən qol susqunluğu onun əsas heyətdəki mövqeyini çətinləşdirir.
Hazırda “Atletiko”ya mümkün keçid transfer iddiası səviyyəsindədir. PSJ-nin futbolçunun gələcəyi ilə bağlı yekun qərarının necə olacağı isə qarşıdakı aylarda bəlli olacaq.
-
Dünya23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
-
Elm və təhsil20:00Nazir Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi - FOTO
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO






















.jpg)













.png)