İdman
Keçmiş sevgilisi başına bəla oldu - Məhkəmədə özünü müdafiə edəcək
Dünya reytinqinin bir nömrəli tennisçisi Aleksandr Zverev keçmiş sevgilisi Brenda Pateanın ona qarşı qaldırdığı yeni mülki iddia ilə bağlı məhkəmədə özünü müdafiə edəcək.
Publika.az xəbər verir ki, Patea almaniyalı tennisçidən təzminat tələb edir və onun məişət zorakılığı ilə bağlı əvvəlki məhkəmə prosesinin nəticəsini yanlış təqdim etməsinə etiraz edir. O, həmçinin Zverevin gələcəkdə bu məzmunlu açıqlamalar verməsinin qadağan olunmasını istəyir.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Zverevə Pateaya qarşı fiziki zorakılıq ittihamı üzrə cərimə qərarı verilmişdi. Tennisçi ittihamları qəbul etməyərək qərardan şikayət etmişdi. 2024-cü ilin iyununda Berlində keçirilən məhkəmə prosesi tərəflərin razılığı əsasında dayandırılıb. Məhkəmə bunun təqsirli və ya təqsirsiz olma barədə hökm olmadığını xüsusi vurğulayıb.
Pateanın vəkili Maykl Şele BBC-yə bildirib ki, Zverev həmin prosesdən sonra günahsızlığının sübuta yetirildiyini açıqlamaqla yanlış məlumat yayıb. İddiaya görə, tennisçi 2024-cü ilin iyununda Fransa mətbuatına verdiyi müsahibədə bu məzmunlu ifadə işlədib. Pateanın hüquqşünası hesab edir ki, Zverev təqsirli bilinməsə də, bəraət almayıb və tərəflər işlə bağlı gələcək açıqlamalardan çəkinmək barədə razılığa gəliblər.
Pateanın vəkilləri Zverevin bu cür fikirləri təkrarlamasına görə 250 min avroyadək cərimələnməsini də tələb edirlər. Bundan başqa, açıqlamaların Pateanın nüfuzuna və fəaliyyətinə vurduğu zərərə görə təzminat istənilir.
Zverevin vəkilləri isə iddiaya qarşı mübarizə aparacaqlarını bildiriblər. Onların mövqeyinə görə, tennisçi məhkəmə prosesinin təqsir barədə heç bir qərar qəbul edilmədən dayandırılmasını öz günahsızlığına inamının təsdiqi kimi qiymətləndirmək hüququna malikdir. Hüquqşünaslar Almaniya Konstitusiyasının fikir və ifadə azadlığını qoruyan müddəalarına da istinad ediblər.
Qeyd edək ki, Zverevlə Patea arasında bir qız övladı var. Tennisçi ittihamları əvvəldən rədd edib.
-
Magazin206:1625 yaşlı milyarder jurnal üçün çılpaq poza verdi - FOTO
-
Səhiyyə04:14Bu vitamin ağciyər xərçəngi riskini azaldır
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevindirici xəbərlər gündəmə gələ bilər
-
İdman19 Noyabr 23:48Hakim ciddi xəsarət aldı, futbolçu 8 il müddətinə diskvalifikasiya edildi - VİDEO
-
Dünya19 Noyabr 23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman19 Noyabr 23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 19 Noyabr 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art19 Noyabr 20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO






















.png)
.jpg)












.png)