Dünya
Avropalı liderlərdən Rusiyaya çağırış: Qış boyunca...
Almaniya, Fransa, Böyük Britaniya və Ukrayna liderləri Rusiyanı qış ayları boyunca qüvvədə olacaq “enerji atəşkəsi”ni qəbul etməyə çağırıblar.
Publika.az xəbər verir ki, bu barədə Berlində Almaniya kansleri Fridrix Mertsin ev sahibliyi ilə keçirilən Ukrayna üzrə “Könüllülər Koalisiyası” sammitindən sonra yayımlanan birgə bəyanatda bildirilib.
Bəyanatda Rusiyanın qış ayları ərzində enerji obyektlərinə hücumları dayandırmasını nəzərdə tutan atəşkəsi qəbul etməsinin münaqişənin sona çatdırılması istiqamətində ilk addım olacağı vurğulanıb. Qlobal ərzaq təhlükəsizliyi baxımından Qara dənizdə təhlükəsiz gəmiçiliyin və ərzaq ixracının təmin edilməsinin vacibliyi də qeyd olunub.
Liderlər Rusiyanın Ukraynadakı mülki əhaliyə raket və pilotsuz uçuş aparatları ilə hücumlarını, eləcə də Avropada təxribat, dezinformasiya və kiberhücumlar kimi hibrid fəaliyyətlərini pisləyiblər.
Bildirilib ki, Ukraynanın hava hücumundan müdafiə imkanları, xüsusilə ballistik raketlərə qarşı sistemlər qışdan əvvəl gücləndiriləcək.
Müəllif: Roza
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Rəsmi xronika10:20Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
Rəsmi xronika09:15İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?
















.jpg)





.png)

.jpg)











.png)
