İKT
2017-ci ildə smartfon istehsalı artacaq
“TrendForce” analitiklərinin proqnozuna görə, 2017-ci ildə smartfonların istehsal həcmi ötən illə müqayisədə təxminən 4,5 faiz artaraq 1,4 milyarda yaxınlaşacaq.
Publika.az xəbər verir ki, gələn ilə proqnozlaşdırılmış tədarük həcminin təxminən 50 faizi Çin brendlərinin payına düşəcək. Mütəxəssislər hesab edirlər ki, Çin şirkətləri 634 milyon smartfon (45,6 faiz) tədarük edəcəklər. Ümumilikdə Çin brendləri üzrə sıfır artım gözlənilir, ayrı-ayrı şirkətlərin nəticələri onların xarici bazarlarda öz iştirakını genişləndirmək qabiliyyətindən asılı olacaq.
Smartfon sahəsinin lideri “Samsung” şirkəti haqda danışan mütəxəssislər bildiriblər ki, şirkətinin qarşısında duran əsas məsələ “Galaxy Note 7” smartfonlarının uğursuzluğundan sonra alıcıların etibarını bərpa etmək və tədarük həcmini artırmaq olacaq.
Mütəxəssislər, həmçinin hesab edirlər ki, 2017-ci ildə “iPhone” smartfonunun yenilənməsi “Apple” şirkətinin aparatlarına tələbatın artmasına imkan yaradacaq və dünya bazarında brendin mövqeyini möhkəmləndirəcək. Gözləntilərə görə, gələn il “Apple” aparatlarının tədarük həcmi 2016-cı illə müqayisədə yüksək olacaq. (Azərtac)
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa8 Sentyabr 20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
MDB8 Sentyabr 15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq





















.jpg)




.jpg)



.png)




