İKT
Vatsapa rəqib - "Viber" messencerində 3 YENİLİK
Son vaxtlar Vatsap messencerinin normal işləmədiyindən şikayət edən istifadəçilər yeni messencer proqramını aktiv istifadə etməyə başlayıb. Belə ki, söhbət “Viber” messencerindən gedir.
Publika.az xəbər verir ki, messencer ötən gün
özünün 3 yeni funksiyasını aktivləşdirib. Sözügedən xidmətin
proqramçıları qrup çatlarında xatırlatma, yenilənmiş səsli mesajlar
sistemi, həmçinin çatın ehtiyat surətinin yaradılması imkanını
əlavə ediblər.
Vatsap messencerindən fərqli olaraq “Viber” istifadəçiləri artıq
qrup çatlarında konkret istifadəçilərə müraciət edə biləcəklər.
Feysbuk messencerinin bir çox funksiyasını özündə birləşdirən
"Viber" messencerində "@" simvolu yazmaq kifayətdir ki, qrup
söhbətlərində konkret şəxsə ismarıc yazılsın. Adını qeyd etdiyiniz
şəxs qrupda olmasa belə, sistem onun adına ünvanlanmış ismarıc
haqda şəxsə xüsusi bildiriş göndərəcək.
Yeniləmədən sonra səsli mesajların müddəti 1 dəqiqə təşkil edəcək.
Həmçinin məlumat itkisi zamanı onların əlavə surətlərinin
yaradılması imkanı istifadəçilərin ixtiyarına verilib.
Könül
-
Sosial23:12Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı






































