İKT
"Texnologiyalar bəşəriyyəti məhv edir"- İXTİRAÇIDAN MARAQLI AÇIQLAMALAR
"Yaşadığımız dövr dayanmadan mədh etdiyiniz ən son texnologiyalar hesabına təhlükəli məkana çevrilib"
Publika.az xəbər verir ki, bu sözləri Əpl (“Apple”) şirkətinin həmtəsisçisi, Stiv Voznyak deyib. Onun sözlərinə görə, texnologiyanın sürətlə irəliləməsi cəmiyyətdə insanların ümumi məxfi məlumatlarının da hər kəsə məlum olmasına gətirib çıxarıb:
"Misilsiz texnologiya məxfiliyimizi əlimizdən alıb. Sosial şəbəkələrdəki tətbiqlər vasitəsilə tanımadığımız insanların belə ətrafımızda, yaxınlığımızda olduğunu çox rahatlıqla öyrənə bilirik. Texnologiyalar bəşəriyyət üzərində qələbə çalıb. Müasir dünyada artıq məxfilik termini özünün həqiqi mənasını itirib, fərdi məlumatlarımız isə daim bu və ya başqa şərtlər altında təhlükədədir".
İnsanların müasir dövrdə şəxsi məlumat anlayışının da dəyişdiyini deyən Stiv Voznyak bunu rüsvayçılıq hesab edir. Texnologiyanın bu kimi nailiyyətlərini dəstəkləməyən ixtiraçı qeyd edib ki, o, şirkətin mühəndisi olanda vəziyyət tam başqa cür olub:
“Biz əvvəl insanları texnologiyalardan daha üstün tuturduq. Hər zaman sadiq qaldığımız xüsusi prinsiplərimiz mövcud olub. Bu isə insanların şəxsi məlumatlarına təsir etmirdi. Feysbuk (“Facebook”) sosial şəbəkəsi belə milyonlarla istifadəçisinin şəxsi məlumatlarının kənar strukturlara ötürülməsinə şərait yaradır".
Könül Cəfərli
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

