İKT
“Apple” iOS-un yeni versiyasını təqdim etdi – Yeniliklər nələrdir?
“Apple” istifadəçilərinə iOS 13.2.3 versiyasını təqdim edib.
Publika.az xəbər verir ki, “Apple” son vaxtlar yeniləmələrdə çox sürətlə hərəkət etməyə başlayıb. Noyabrın 8-də iOS 13.2.2-i təqdim edən texnologiya nəhəngi, 10 gündən sonra iOS 13.2.3 versiyası ilə qarşımıza çıxıb. Eyni zamanda, "iPadOS" 13.2.3 versiyası da istifadəçilərin xidmətinə verilib.
Yeniləmə sadəcə əvvəlki versiyaların nöqsanları və çatışmazlıqları üzərində aparılıb. Ölçüsü 100 MB olan yeniləmə iOS 13.1-də qalanlar üçün təxminən 600 MB təşkil edir.
Yeniləmə qeydlərindəki məlumatlar bunlardır:
*Sistem axtarışının “mail”, fayl və qeydlərdə işləməsinə mane olan,
*Tətbiqlərin arxa planda məzmun yükləməsinə mane olan,
*“Mail”in yeni mesajlar almağına mane olan,
*“Exchange” hesablarında orijinal mesaj məzmunu almalarına mane olan.
Bundan əlavə, mesajların ətraflı görünüşündə fotoşəkillərin və əlaqələrin görünməmə problemi həll edilib. Yeniləməni quraşdırmaq istəyənlər "parametrlər – ümumi – proqram yeniləmə" yolunu izləyərək yeni versiyaya keçə bilərlər.
Qeyd edək ki, bu versiyanı iOS 13-də qalan bütün “iPhone” modelləri alıb.
Məhərrəm Əliyev
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

