İKT
Regionlar yüksəksürətli internetlə təmin ediləcək - NAZİRLİK
Regionlarda dayanıqlı rabitə və yüksəksürətli internet üçün işlər davam edir.
Publika.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionları əhatə edən xidməti ərazilərində son nəsil simsiz rabitə texnologiyasının qurulması və nəticədə əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirir.
Xidməti ərazilərdə, regionlarda İKT infrastrukturunun müasir tələblər səviyyəsində təmin edilməsi istiqamətində bütün mövcud resurslardan istifadə olunur. Həyata keçirilən infrastruktur layihələri nəticəsində göstərilən xidmətlərin keyfiyyəti və çeşidləri artırılır, müştəri məmnuniyyəti təmin olunur.
Əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin artırılması məqsədilə regionlarda olan xətt şəbəkə infrastrukturu layihəsi hazırlanıb. İlkin mərhələdə 4 regionda ən son texnologiyalardan olan GPON texnologiyasının tətbiqi ilə Gəncə, Sumqayıt, Abşeron və Masallıda infrastruktur yenidən qurulur. İşlər bitdikdən sonra növbəti fazada digər regionlarda da bu texnologiyaların qurulmasına başlanacaq.
Eyni zamanda telefonlaşmayan və çətin relyefli xidməti ərazilərdə internet xidmətinə olan tələbatı ödəmək üçün pilot layihə olaraq, 2018-ci ildə Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə LTE qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Artıq LTE (Long Term Evolution) şəbəkəsi Abşeron rayonu üzrə Xırdalan şəhərində, Digah, Fatmayı, Məhəmmədli, Masazır, Mehdiabad, Novxanı bağları, Qobu, Saray qəsəbələrində, Sumqayıt şəhərinin 11-ci mikrorayon, Corat, Qurd dərəsi, H.Z.Tağıyev qəsəbələrində mövcuddur.
Qeyd edək ki, LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































