İKT
Elektron xidmətlərlə bağlı yeni layihəyə start verildi
“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında “Aran regionu üzrə vətəndaşların elektron xidmətlərlə bağlı maarifləndirilməsi” layihəsinin icrasına start verib.
Layihə barədə məlumat verən təşkilatın sədri Ruslan Xəlilov bildirib ki, məqsəd əhalinin elektron xidmətlərdən istifadə və bacarıqlarının artırılmasını təmin edmək, bu xidmətlərin üstünlükləri barədə onları maarifləndirməkdir.
3 ay davam edəcək layihə çərçivəsində sosial şəbəkələrdə elektron xidmətlərlə bağlı maarifləndirici və informativ xarakterli səhifələr yaradılacaq, internet televiziyalarında debatlar təşkil olunacaq, elektron portallarda uyğun materiallar yerləşdiriləcək.
R.Xəlilov hesab edir ki, xüsusilə də, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün elan edilmiş karantin dövründə vətəndaşların elektron xidmətlərdən yararlanması olduqca aktualdır: “Evdə qal, e-xidmətlərdən yararlan” şüarına əsaslanan bu layihə təkcə Aran bölgəsində yaşayan sakinlərimizi deyil, bütün ölkə vətəndaşlarımızın maraqlarını özündə ehtiva edir və hər kəs bu layihənin verdiyi imkanlardan yararlana biləcək”.
Layihə çərçivəsində həmçinin e-xidmətlər üzrə kifayət qədər bacarığı olmayan insanlara yardımlar göstəriləcək: “Hansısa e-xidmətdən istifadə edə bilməyən vətəndaşlar təşkilatımıza müraciət edərlərsə, ona yardımlar göstəriləcək”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)
















.jpg)
.jpg)
