İKT
“Bulud” texnologiyasının üstünlükləri
Azərbaycanda son illər idarəetmə sistemində aparılan funkisonal islahatlardan ən vacibi şübhəsiz ki, Elektron Hökumətin İnkişaf Mərkəzinin yaradılması və elektron xidmətlərin həyata keçirilməsidir.
Publika.az xəbər verir ki,İngilis dilində “Smart government” kimi ifadə olunan “Elektron hökumət”i dövlət sturukturları daxilindəki sənədləşmə prosedurları, o cümlədən hüquqi və fiziki şəxslərə göstərilən xidmətləri informasiya texnologiyalarının vasitəsi ilə həyata keçirmə prosesi kimi tərif etmək olar. “Elektron hökumət” klassik dövlətdən göstərilən xidmətlərin daha sürətli, zaman və maliyyə cəhətdən daha səmərəli olması ilə fərqlənir.
"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyinin apardığı araşdırmalara görə, elektron hökumətlərin ən vacib üstünlükləri vətəndaşların dövlətə, idarəetmə sisteminə olan inamının artmasıdır. “Elektron hökumət” platformasının yaradılmasının əsas məqsədi kimi rəsmi olaraq aşağıdakılar qeyd olunur.
1) Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
2) Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
3) İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;
4) Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
5) İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;
6) İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.
Qeyd etmək lazımdır ki, “Elektron hökumət” modeli, ölkənin iqdisadi və ictimai-siyasi inkişafına,həyat standartlarının yüksəlməsinə və demokratiyanın güclənməsinə böyük təsir göstərir. Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılıb.
Rabitə və Yüksək Texnologiyaları Nazirliyi bu sahədə görlən işlərin əlaqələndiricisi olaraq “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə həyata keçirir. Elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.
“Bulud” xidmətləri
Bu sahədə verilmiş ən ciddi qərarlardan biri də Prezident İlham Əliyev tərəfindən 3 iyun 2019-cu ildə imzalanmış “Hökumət buludu”nun yaradılması haqda Fərmandır.
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətləri nin göstərilməsi sahəsində tədbirlər haqqında Fərmanda qeyd olunur.
Azərbaycan Respublikasında dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət”in formalaşması artıq təmin olunmuşdur. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılmış və fəaliyyəti təmin edilmişdir.
Görülmüş işlərin davamı kimi, ölkədə “Elektron hökumət”in inkişafı, “rəqəmsal hökumət”ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi məqsədilə “bulud” texnologiyasının tətbiqi məqsədəuyğundur. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun (G-cloud) yaradılmasını zəruri edir.
Gələcəkdə ölkədə bütün dövlət qurumlarının informasiya ehtiyatlarının vahid Data-Mərkəzə keçidi məsələsini həll etməyə şərait yaradacaq bu proseslər məhz bulud texnologiyalarına əsaslanacaq. Ekspertlərin fikrincə, bu da öz növbəsində, ölkədə dövlət informasiya sistemlərinin idarəetmə proseslərini daha da optimallaşdıracaq, dövlət xərclərini azaldacaq, eləcə də ümumi rəqəmsallaşmaya böyük təsir göstərəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizovun sözlərinə görə sözlərinə görə, "Hökumət buludu" dünya praktikasında qəbul olunmuş bir layihədir. Bu gün istənilən qurumun IT infrastrukturu var (server otağı, məlumat bazası və sair). "Hökumət buludu" anlayışı mərkəzləşmiş şəkildə, çevik, rahat və müəyyən bir məsafədən idarə oluna biləcək bir bulud texnologiyası layihəsidir. Belə ki, dövlət qurumları artıq mərkəzləşmiş şəkildə məlumat informasiya sistemlərini bir məkanda yerləşdirə biləcəklər.
Rəşad Əzizov bildirib ki, bütün inkişaf etmiş ölkələrdə artıq "Elektron Hökumət" inkişafı müəyyən bir mərhələyə çatdıqdan sonra "Hökumət buludu" layihəsinə başlanılır. Bu, optimallaşma və xərclərin azalması ilə bərabər bir neçə digər məqsədlər daşıyır və ümumi daxili məhsula da (ÜDM) təsir edir. Misal üçün, Avropa Komissiyasının hesablamalarına əsasən, Avropada "Hökumət buludu"nun tətbiqi 250 milyard avro dəyərində ÜDM-ə müsbət təsir göstərəcək. ABŞ-da isə "Hökumət buludu" layihəsi fəaliyyətə başlayandan sonra 800-dək müstəqil Data-Mərkəz öz işini dayandırıb və bütün informasiya sistemləri məhz bir vahid Data-Mərkəzə keçirilib. Bu isə öz növbəsində bütün xərclərin 25 faiz azalmasına səbəb olub: "Təcrübə göstərir ki, artıq bu layihə gündəmdə olmalıdır. Ölkədə elektron hökumətin inkişafı elə səviyyəyə gəlib çatıb ki, biz yeni bir addım atmalıyıq. Bu isə "Hökumət buludu"nun yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlərə dair fərmanda öz əksini tapıb. Hazırda "Elektron Hökumət" portalı çox yüksək səviyyədə fəaliyyət göstərir, onun vasitəsilə bütün dövlət qurumları elektron xidmətlərini tam rəqəmsal şəkildə həyata keçirir. Eyni zamanda, rəqəmsal hökumətə keçid planı təsdiq olunub. Bu da imkan yaradacaq ki, bütün informasiya sistemləri yeni bir standartlara uyğun həyata keçirilsin – eləcə də bulud hesablamalar texnologiyaları əsasında. Çünki bu, yeni trendləri gündəmə gətirəcək - iri məlumatların toplanması, iri məlumatların emalı nəticəsində süni intellektdən istifadə edərək yeni layihələrin həyata keçirilməsinə səbəb olacaq".
Qeyd edilib ki, artıq Estoniya, Sinqapur və bir sıra digər dövlətlər bu yoldan keçiblər: "Bu, daim aparılacaq bir prosesdir və zamanın tələbidir. Çox vacib bir məsələdir ki, artıq bizim ölkədə də bu prosesə başlanılır. Üç ay ərzində keçid planı qəbul olunacaq. "Hökumət buludu" elektron xidmətlərin yeni mərhələyə çıxmasına imkan yaradır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gələcəkdə operator rolunda çıxış edəcək".
Azərbaycanın ilk "Tier III" səviyyəli regional Data-Mərkəzi
Cənubi Qafqaz regionunda "Tier III" səviyyəli, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data-Mərkəz məhz Azərbaycanda yerləşir və 2016-cı ilin dekabrında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "AzInTelecom" MMC tərəfindən istismara verilib. Cari il oktyabrın 10-dək istismara verilməsi gözlənilən Yevlaxdakı Data-Mərkəz Bakıdakı əsas analoqunun coğrafi ehtiyat mərkəzidir. Data-Mərkəz hər hansı fövqəladə hallar zamanı məlumatların əldə olunmasının, itməməsinin və əlçatanlığının təmin edilməsi üçün paytaxtdan 300 kilometr məsafədə, Yevlaxda qurulur.
Data-mərkəzlərin sertifikatlaşdırılması sahəsində ixtisaslaşan ABŞ-ın "Uptime" İnstitutunun mütəxəssisləri avqustun 24-dən sertifikatlaşdırma mərhələsinə başlayacaq və bu proses təxminən bir həftə davam edəcək. Hazırda mövcud Data-Mərkəz 99,98 faiz etibarlılıq səviyyəsinə malikdir. İl ərzində onun dayanma vaxtı 1,6 saat mövcud ola bilər. İnformasiya təhlükəsizliyi və məlumatların idarə olunması baxımından ISO20000 və ISO270001 standartlar tətbiq olunur.
Nazirliyin şöbə müdiri R.Əzizovun fikrincə, fiziki təhlükəsizlik baxımından "Hökumət buludu" layihəsi çərçivəsində istifadə olunacaq Data-Mərkəz Nazirlər Kabinetinin qərarı ilə strateji əhəmiyyətli binalar sırasına daxildir. Kibertəhlükəsizlik baxımından isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən standartlar tətbiq ediləcək: "Hazırda ölkədə Kibertəhlükəsizlik Strategiyası", eyni zamanda "İnformasiya təhlükəsizliyi Strategiyası" da hazırlanır. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Elektron təhlükəsizlik xidməti" fəaliyyət göstərir. Bu proseslər göstərir ki, kibertəhlükəsizlik istiqamətində vacib tədbirlər görülməlidir, standartlar eyni olmalıdır. Onu da qeyd etmək lazımdır ki, "Hökumət buludu" layihəsinə keçid dövlət qurumlarını IT infrastrukturunun yaradılmasına istiqamətlənən xərclərdən azad edəcək, əməliyyat xərcləri azalacaq, onlara gələcəkdə 30-40 faiz qənaət olunacaq".
Bütün bunlar göstərir ki, vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq və dövlət xidmətlərinin əlçatanlığını artırmaq üçün rəqəmsal texnologiyadan geniş istifadə üçün ölkəmizdə hər cür şərait yaradılır.
Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətəndaşların electron xidmətlərlə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?