İKT
"Telegram"da YENİLİK: Səs çatları yaradıldı
Son zamanlarda getdikcə populyarlaşan “Telegram” sosial şəbəkəsində yeni funksiya istifadəyə verilib.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, artıq kanallarda da səs çatları yaratmaq mümkün olacaq. Onların dinləyicilərinin sayı isə məhdudlaşdırılmayacaq.
Səs çatlarını yaddaşda saxlamaq mümkündür. Onların iştirkaçılarının bioqrafiyası da açıq şəkildə təqdim olunacaq. İştirakçı söz demək istəyini bildirdikdən sonra, spikerlər onu öz kanalları adından çata qoşa biləcəklər.
“Kanallardakı və açıq qruplardakı səs çatları üçün iştirakçı məhdudiyyəti aradan qaldırılıb. Canlı efirdəki söhbətlərə artıq milyonlarla istifadəçi qulaq asa biləcək. Bu isə o deməkdir ki, hər bir “Telegram” kanalı faktiki olaraq, radiostansiya funksiyasını yerinə yetirəcək”, - deyə şirkətdən verilən məlumatda bildirilib.
Açıq qrupların və kanalların adminləri səs çatları üçün dəvət linkləri hazırlaya və onları iki qrupa bölməklə (spikerlər və dinləyicilər üçün olan linklər) lazımi ünvanlara göndərə biləcəklər.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)