İKT
Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında mobil operator Azərbaycan Milli komandasının məğrur tərəfdaşıdır
Avqustun 24-də Tokioda XVI Yay Paralimpiya Oyunlarına start verilir. “Azercell Telekom” MMC Milli Paralimpiya Komandasının məğrur tərəfdaşı olmaqla növbəti dəfə ölkəmizdə paralimpiya hərəkatına sədaqətini nümayiş etdirir.
Təqdirəlayiq haldır ki, bu oyunlarda Milli Paralimpiya komandası rekord sayda lisenziya ilə Azərbaycanı təmsil edir. Tokioda yarışacaq Azərbaycan Milli Paralimpiya Komandasına 23 kişi və 12 qadın olmaqla 35 idmançı daxildir. İdmançılarımız altı idman növü: cüdo, atletika, taekvondo, pauerliftinq, üzgüçülük və güllə atıcılığı üzrə 47 kateqoriyada medallar uğrunda mübarizə aparacaqlar. Bu il açılış mərasimində Paralimpiya çempionu Oloxan Musayev komandamızın bayraqdarıdır.
Azercell Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında məğrur tərəfdaş olmaqla, oyunların ruhunu paylaşmağa və paralimpiya hərəkatının təşviqinə kömək edir. Böyük sosial əhəmiyyəti olan və mənəvi dəyərləri əks etdirən Paralimpiya oyunları dünya idman hərəkatında ən önəmli hadisələrdən birinə çevrilməkdədir. Son illər Paralimpiya oyunlarında iştirakçıların sayı və ölkələrin coğrafiyası ildən-ilə artır.
Azərbaycanda da paralimpiya hərəkatına xüsusi diqqət yetirilir. Azercell şirkəti 2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsini dəstəkləyir. Bu dəstək sayəsində hazırda sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetmə 10 idman növü üzrə məşğul olur, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə “Azercell Telekom” MMC-nin iştirakı ilə hər il ölkəmizdə Uşaq Paralimpiya oyunları təşkil edilir.
Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək XVI Yay Paralimpiya Oyunlarında dünyanın 136 ölkəsindən 4400 idmançı iştirak edir. Onlar 22 idman növü üzrə 540 dəst medal uğrunda yarışacaqlar. Azərbaycanlı idmançılar indiyədək Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla ümumilikdə 38 medal əldə ediblər.
Olimpiya dəyərlərinə dəstək olan Azercell şirkəti idmançılarımız üçün sayca 7-ci olan bu oyunlarda komandamıza əzmlə çıxış etməyi, möhtəşəm qələbə ilə Vətənə dönməyi arzulayır.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)


























.jpg)


