İKT
"Nar" qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
“Nar” 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlərin qəhrəmanlıqlarından bəhs edən kitabın çapına dəstək olacaq. Kitabda Vətən müharibəsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Qafqazinfo” xəbər portalının “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində hazırladığı 38 reportajı toplanacaq. Qeyd edək ki, bu yazılar cəmiyyətdə böyük marağa səbəb olmaqla yanaşı, şagirdlərin hərbi vətənpərvərlik ruhunda yetişməsinə töhfə verib.
Kitab ilkin olaraq 2 000 tirajla, təxminən 150 səhifə olmaqla, 4 rəngdə nəfis şəkildə nəşr olunacaq. Kitabın ödənişsiz olaraq həm Bakı şəhəri üzrə məktəblərə, həm də ölkənin digər məktəblərinə paylanılması nəzərdə tutulur. Türkiyədə yüksək keyfiyyətlə dərc olunacaq kitabın təqdimatının Zəfər Günü ərəfəsində keçirilməsi planlaşdırılır. Qeyd edək ki, layihənin məqsədi qazi müəllimlərimiz haqqında məlumatın geniş yayılması və onların şücaətinin gələcək nəsillərin tərbiyəsinə töhfə verməsidir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
-
Nida Təhlil 00:00Meksika - CAR oyununda ilk hissə başa çatdı - YENİLƏNİR
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq11 İyun 21:48İran Hörmüz boğazını bağlayır
-
Sosial11 İyun 20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin211 İyun 18:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”






_1507621258_1508480454.jpg)





.jpg)




















