İKT
“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur
“Nar” mobil rabitə bazarında yerli kadrların yetişdirilməsi və gənclərin təhsili başa vurduqdan sonra qısa müddət ərzində peşəkarlara çevrilməsi məqsədilə texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün “Mobil rabitənin əsasları” təlimini təşkil edir. Təlim ödənişsiz əsasda və ali məktəb rəhbərliyinin təşkilati dəstəyi ilə keçirilir.
Əsas mövzusu mobil şəbəkənin iş prinsipi və rabitə texnologiyaları olan “Mobil rabitənin əsasları” təlimi ali məktəblərin tədris proqramına faydalı əlavə kimi tələbələri mobil rabitənin təcrübi tərəfi barədə bilgiləndirir. Belə ki, bu təlim “Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanır və həyata keçirilir. Bu səbəbdən, təlimdə iştirak edən tələbələr bilikləri birbaşa olaraq işin peşəkarlarından öyrənir və onlara maraqlı olan sualları “Nar”ın nümayəndələrinə ünvanlaya bilirlər.
Təlimin sonunda mobil rabitə sahəsində öyrəndikləri yeni biliklərin göstəricisi olaraq tələbələr “Nar” tərəfindən sertifikatlarla təltif edilir. Bu il ilk təlim Azərbaycan Texniki Universitetinin tələbələri üçün keçiriləcək.
Qeyd edək ki, 2021-ci ilin əvvəlində KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti və “Nar” rəhbərliyi arasında görüş keçirilmiş və əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilmişdi. Keçirilən bu təlim də mobil operatorun korporativ sosial məsuliyyət strategiyasının tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan Texniki Universitetilə nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindən biridir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
-
Hadisə26 Aprel 22:58Xəzərdə güclü zəlzələ baş verdi - Yeniləndi
-
Nida Xəbər 26 Aprel 20:04Andrey Babiş Azərbaycana gəldi - Foto/Yeniləndi
-
Dünya26 Aprel 19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq26 Aprel 18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə26 Aprel 17:50Əməkdar artist vəfat etdi
-
Hadisə26 Aprel 17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin226 Aprel 16:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə26 Aprel 15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB











.jpg)



























.png)