İKT
“Azercell”in dəstəklədiyi azərbaycanlı şagirddən yüksək nəticə
Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə uğur qazanıblar. Bolqarıstanın Şumen şəhərində onlayn formatda təşkil edilən informatika fənni üzrə 13-cü payız turnirində Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova gümüş medal əldə edib. Noyabrın 24-29-da keçirilən olimpiadaya aşağı yaş qrupu üzrə 15 ölkədən 168 məktəbli qatılıb.
Azərbaycanlı məktəblinin bu uğurunda ölkəmizdə təhsilin inkişafına yönələn layihələri hər zaman dəstəkləyən Azercell Telekom MMC-nin də böyük rolu var. Belə ki, İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. İstedadlı şagirdlər Azercell-in dəstəyi ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşaraq, öz elmi potensiallarını nümayiş etdirə bilirlər.
Xatırladaq ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı Azercell Telekom MMC-nin dəstəyi ilə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək, 1 qızıl, 7 gümüş və 18 bürünc olmaqla, ümumilikdə 26 medal əldə ediblər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...





































