Gəlirini fantastik həddə itirən platforma: Reklamçılar nəyə görə qaçırlar?
Bizi izləyin

İKT

Gəlirini fantastik həddə itirən platforma: Reklamçılar nəyə görə qaçırlar?

Məlum olduğu kimi , "Tvitter"in gəlirlərinin təxminən 90%-i reklamdan əldə edilir. Standart Media İndeksinə (SMI) görə, 2022-ci ilin dekabrında "Tvitter"də reklam xərcləri təxminən 71% azalaraq , mübahisəli davranışı ilə bir çox reklamçıları qorxudub.

Publika.az xəbər verir ki, 2022-ci ilin noyabrında reklam xərcləri keçən illə müqayisədə 55% azalıb. "Pathmatics"-ə görə, 27 oktyabrda Mask "Tvitter"in rəhbəri vəzifəsinə keçdikdən sonra ən yaxşı 30 reklamçıdan 14-ü platforma ilə tərəfdaşlığını dayandırıb . “The Information”a görə, oktyabr ayından bəri 500-dən çox müştəri "Tvitter"-də reklamdan imtina edib.

Şirkət reklamverənlərin kütləvi köçünün qarşısını almağa çalışır. Məsələn, platformada reklam verənləri geri qaytarmaq üçün bir sıra təşəbbüslər ortaya çıxdı: onlara pulsuz reklam, daha əlverişli şərtlər təklif edildi, 2019-cu ildən qüvvədə olan siyasi reklam qadağası aradan qaldırıldı və şirkətlərə reklamlara daha çox nəzarət verildi.

İndiyə qədər bütün bu tədbirlər nəticəsiz qalıb: “The Information”ın məlumatına görə , platformada reklamların sayının azalması səbəbindən 2022-ci ilin dördüncü rübündə “Tvitter”in gəliri 2021-ci illə müqayisədə təxminən 35% azalıb.

Əvvəllər "Tvitter" reklam biznesindən illik 5 milyard dollar gəlir əldə edirdi.

"General Motors", "Volkswagen", "Carlsberg" kimi şirkətlər 2020-2022-ci illər arasında "Tvitter" reklamlarına birlikdə təxminən 2 milyard dollar xərcləyiblr. Onlar bu yaxınlarda öz reklam kampaniyalarını dayandırıblar.

Mütəxəssislərin fikrincə, "Tvitter"də kütləvi ixtisarlar (bir vaxtlar şirkətin 7500-dən çox işçisi var idi, indi 2300-ə yaxın işçi qalıb) baş verənlərdə rol oynayıb, bunun nəticəsində bir çox reklamçılar şirkətdəki əlaqə adamlarını itirib və bir sıra çətinliklərlə üzləşiblər. Texniki problemlər də var ki, onlar da reklamçıları ləngidir.

Bununla belə, "Financial Times" ekspertləri hesab edirlər ki, iri reklamçıların getməsinin əsas səbəbi texniki problemlər və hətta onların işləməyə öyrəşdiyi insanların olmaması deyil, nəşrin yazdığına görə, buna səbəb İlon Maskın şəxsiyyətidir. O, bəzi brendlərin rəhbərlərini “danlayaraq” onlarla toqquşub.

"Apple" və "Amazon" bu yaxınlarda "Tvitter"də reklamı bərpa ediblər. Mask, qayıtdıqları üçün onlara təşəkkür edib. Hazırda hər iki şirkət platformada ən böyük reklamçılar arasındadır. Bildirilir ki, "Amazon" tvitter reklamları üçün ildə 100 milyon dollar vəsait ayıracaq.

Bu halda ortaya belə bir sual çıxır: digər şirkətlər də qayıda bilər?

Bu məsələ platformanın gələcəyindən asılıdır. "Tvitter" bağlanmasa və auditoriyasının böyük hissəsini itirməsə, reklam verənlərin bir hissəsinin geri dönməsi mümkündür.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm