Ekopublika.az
Bankların borcu azalıb
Bu ilin yeddi ayında bankların xalis xarici aktivləri -2082,1 milyon manat təşkil edib.
Publika.az xəbər verir ki, ilin əvvəlində bu rəqəm -151,6 milyon manat olub. Bankların xarici öhdəlikləri isə -6448,3 milyon manat təşkil edib. Bu da ilin altı ayı ilə müqayisədə azalma deməkdir. Bankların məcmu xarici aktivləri 4496,1 milyon manat olub.
Nəzərə çatdıraq ki, xalis valyuta mövqeyi iki göstərici əsasında formalaşır ki, onlardan birincisi bank sektorunun xalis xarici aktivləridir. Xarici aktivlərə bankların xarici banklara aid hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, yerli bankların xarici şirkət və bankların səhmlərinin alınmasına yönəltdiyi vəsait, xaricə verdiyi kreditlər və s. daxildir. Bankların xarici öhdəliklərinə xaricdən aldığı kreditlər, əcnəbilərin xarici valyuta ilə depozitləri və yerli bank hesablarındakı xarici valyuta ilə nağd qalıqları və sair (məsələn, qiymətli metallar formasında saxlancları) aiddir. Xarici aktivlərin və öhdəliklərin nisbəti bank sektorunun xalis xarici aktivlərini formalaşdırır. Aktivlər öhdəliklərdən çoxdursa, fərq müsbətdir və banklar likvid valyuta ehtiyatlarına sahibdir. Öhdəliklər aktivlərdən çoxdursa, deməli, banklar nəinki əlavə valyuta ehtiyatına malik deyil, əksinə, bu öhdəlikləri zamanı çatdıqda icra etmək üçün kənardan (ya birbaşa alış əsasında valyuta bazarından, ya da Mərkəzi Bankdan borc formasında) valyuta cəlb etməlidir.
İqtisadiyyat şöbəsi
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 1 May 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial1 May 17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial1 May 17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
















.jpg)














.png)

.jpg)






