Ekopublika.az
“Aqro-Turizm İnvestisiya Forumu” keçirildi
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “Agri-Vision” layihəsi çərçivəsində Bakı şəhərində “Aqro-Turizm İnvestisiya Forumu” keçirilib.
Publika.az xəbər verir ki, layihənin strateji məqsədi əlavə məşğulluq və gəlirin yaradılması üçün bazara əsaslanan həlləri təşviq etməklə kənd yerlərinin inkişafına dəstək verməkdir. Layihə Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməklə yanaşı, kənd təsərrüfatı və turizmi yeni məhsul və xidmətlərdə birləşdirərək Azərbaycanın cənub bölgələrindəki kənd təsərrüfatlarına gəlirlərini artırmağa imkan yaradan davamlı, təkrarlana bilən aqrar/eko-turizmin inkişaf mexanizmini sınaqdan keçirməyə hədəflənir.
Layihənin əsas məqsədi qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd yerləri arasında gəlir fərqinin aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinin inkişaf məqsədlərinə uyğundur.
Layihə Avropa İttifaqının “Azərbaycanın İnteqrasiya edilmiş Regional İnkişafı (IRDA)” 2015-ci il üçün İllik Fəaliyyət Proqramının bir hissəsi kimi həyata keçirilir. İnvestisiya forumunun keçirilməsində əsas məqsəd Lənkəran-Astara iqtisadi rayonundan olan fermerlər və xidmət təminatçılarına “Agri-Vision” layihəsinin köməyi ilə yaradılan fərdi turizm məkanlarının inkişaf strategiyalarını və biznes planlarını potensial investorlara təqdim etmək üçün platforma təklif etməkdir.
Həmçinin, layihə çərçivəsində bacarıqların artırılması tədbirlərində iştirak etmiş təsərrüfat sahibləri və xidmət təminatçıları arasında keçirilmiş "Biznes Plan Müsabiqəsi" çərçivəsində də qalib gələn iştirakçılara öz biznes planlarını reallaşdırmaları üçün kiçik məbləğdə qrant mükafatları (2000 avroya qədər) nəzərdə tutulub.
Tədbirdə 40-a yaxın özəl investorlar, banklar, kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı ilə məşğul olan dövlət qurumları, eləcə də Azərbaycanda bu sahədə çalışan beynəlxalq təşkilatlar iştirak edib.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko açılış nitqində qeyd edib: “Davamlılığa diqqət yetirməklə dayanıqlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafı Azərbaycanla əməkdaşlığın prioritet sahəsidir. Yerli qida və kənd təsərrüfatı irsi ilə əlaqəli aqroturizm fermalarda çox ehtiyac duyulan gəlirin şaxələndirilməsini təmin edən Aİ-nin kənd təsərrüfatı ilə bağlı iqtisadiyyatının önəmli sektoruna çevrilib və biz bu sahədə öz siyasətimizi və təcrübələrimizi tərəfdaşlarımızla bölüşməkdən məmnunuq. Mən fərqli landşaftı, zəngin biomüxtəlifliyə məxsus təsərrüfatı və təsərrüfat ənənələri olan Azərbaycanda aqroturizmin inkişafı üçün böyük potensial görürəm. Bu gün investisiya ideyalarını təqdim edən fermerlərə bizneslərində uğurlar arzulayıram”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

















.jpg)


















.jpg)
.jpg)
