Ekopublika.az
Mehdiyev Qubadlıda yerləşən gömrük postundan danışdı
Bu günə qədər 6 mindən çox, 7 minə yaxın nəqliyyat vasitəsi işğaldan azad edilən Qubadlı rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postundan keçib.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.
“Bunların arasında fədi nəqliyyat vasitələri, avtobuslar, yük nəqliyyat vasitələri də var. Bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”, - S. Mehdiyev deyib.
Komitə sədri bildirib ki, Qubadlı inzibati rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postu yalnız malların və nəqliyyat vasitələrinin idxalının ölkə ərazisində rəsmiləşdirilməsi deyil, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkə ərazisinə daxil olan beynəlxalq nəqliyyat vasitələri, istər yüngül, istərsə də yük nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi, yoxlanılmasının təmin edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş həddə gömrük rüsumları, yol vergisi ilə bağlı tətbiq olunan rüsumların alınmasını həyata keçirir.
Onun sözlərinə görə, burada alınan rüsumlar cüzi rəqəmlərdir: “Bu postdan yük keçmədiyi və idxal əməliyyatları aparılmadığı üçün məqsəd milyonlarla manatın yığılması deyil. Burada əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etmək, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinin digər keçid məntəqələrində olduğu kimi, hansı nəzarət mexanizmləri qurulubsa, burada da eyni nəzarəti həyata keçirməkdir”.
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji30 Avqust 16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq















.jpg)




















.jpg)
