Ekopublika.az
Bu əməkdaşlıqdan hər iki tərəf qazanacaq - Deputat
Azərbaycan Avropa İttifaqı ilə iqtisadi əlaqələrini daha da genişləndirəcək. İttifaqın genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyinin Bakıya səfəri zamanı anonsu verilən əməkdaşlıq istiqamətlərindən biri də İqtisadi Sərmayə Planı çərçivəsində Azərbaycana investisiya qoyuluşlarının artırılması ilə bağlı oldu. Plan Azərbaycan və xüsusən ölkədə özəl sektor üçün yeni sərmayə imkanları deməkdir. Bura iqtisadiyyatın şaxələnməsi daxil olmaqla, “yaşıl iqtisadiyyat”ın və kommunikasiyaların inkişafı kimi layihələr daxildir.
Publika.az">Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.src="/storage/files/upload/29e444bf07013095f8ce75febcb97b7c650ede14.jpg" style="width: 750px; height: 525px;" class="fr-fic fr-dib fr-fil">Deputat bildirib ki, artıq planın icrasına başlanılıb: “Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) aqrar biznesin və bölgələrdə fəaliyyət göstərən kiçik və orta müəssisələrin dəstəklənməsi üçün 12 milyon avro vəsait ayırır. Birliklə Azərbaycan arasındakı əlaqələrin inkişafı baxımından digər mühüm məqam Avropa İttifaqının ölkəmizə 2 milyard avroluq maliyyə paketinin ayrılması ilə bağlı qərarıdır. 2 milyard avro hansı layihələrə ayrılacaq? İttifaq bu məsələyə də aydınlıq gətirib. Belə ki, vəsait kiçik və orta biznesə, habelə tədqiqat və inkişafa dəstək, suyun təmizlənməsi, “yaşıl enerji”, bərpa olunan energetika, kommunikasiyalar kimi sahələrə ayrılacaq. Vəsait konkret layihələrin maliyyələşdirilməsinə yönəldiləcək”.
V.Bayramov əlavə edib ki, Avropa İttifaqı rəsmilərinin son səfərində əldə edilən uğurlu nəticələr ittifaqla Azərbaycan arasında son illər müzakirə edilən və tamamlanmaqda olan Tərəfdaşlıq Sazişinin daha qısa müddətdə imzalanmasına səbəb ola bilər: “500 milyon istehlakçısı olan və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələnməsi baxımından da vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxilolmalarında risklərin minimumlaşdırılması aspektindən də aktualdır. Bütövlükdə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu əməkdaşlıqdan hər iki tərəf faydalana biləcək”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

















.jpg)


















.jpg)
.jpg)
