Ekopublika.az
Bakı Limanı ötən ilin statistikasını açıqladı
2021-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) 5,6 milyon ton yük aşırılıb ki, bu da 2020-ci illə müqayisədə 14,6% çoxdur.
Publika.az bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Məlumata görə, ötən il quru yük aşırılması əvvəlki ilə nisbətən 66% artaraq 1,183 milyon ton, konteyner daşınması isə 11,6% artaraq 45 025 TEU olub. Son nəticədə proqnoz 104% həcmində icra edilib.
Ümumi yükaşırmanın 5,1 milyon tondan çoxu və yaxud 92,7%-i tranzit yüklərin payına düşüb.
Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında qeydə alınıb. Terminalla aşırılan neft və neft məhsullarının həcmi 2,3 dəfə artaraq 1,1 milyon tonu keçib.
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı sərhədlərdə məhdudiyyətlərin davam etməsi beynəlxalq nəqliyyat hərəkəti istiqamətlərində də müəyyən dəyişikliklərə səbəb olub. Hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin daşınmasında 8,8% azalma olub. Bakı Limanı vasitəsi ilə 39 431 ədəd (TIR) daşınıb ki, bunlardan da 23 476 (59,5%) ədədi Bakı-Türkmənbaşı-Bakı, 15 955 (40,5%) ədədi isə Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.
Bərə terminalında vaqon aşırılmasında isə 18,7% azalma müşahidə edilib. Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 30 426 ədəd olub ki, bu vaqonlardan da 20 867 ədədi Bakı-Türkmənbaşı-Bakı (68,6%), 9 559 vaqon isə Bakı-Kurık/Aktau-Bakı (31,4%) istiqamətində hərəkət edib. 2020-ci illə müqayisədə ötən il iritonnajlı (TIR) nəqliyyat vasitələrinin daşınmasında azalma müşahidə edilsə də, 2019-cu illə müqayisədə 17%-lik artım qeydə alınıb. Yuxarıda qeyd edilən sahələr üzrə faiz göstəricilərində müəyyən azalma qeydə alınsa da, ümumi yükaşırmanın həcmində müsbət tendensiya davam edib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


