Ekopublika.az
Azad edilmiş ərazilərlə bağlı konseptual sənəd hazırlandı
İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” yaradılması ilə bağlı Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə hazırlanmış konsepsiya sənədi Azərbaycan hökumətinə təqdim olunub
Energetika Nazirliyindən Publika.az-a verilən məlumata görə, konsepsiya çərçivəsində əhalinin məskunlaşması və iqtisadi inkişaf ssenarilərindən asılı olaraq enerji təchizatı variantları dəyərləndirilib.
Bundan başqa, ərazinin enerji potensialı nəzərə alınmaqla tətbiq ediləcək müxtəlif "yaşıl" texnologiyalar üzrə təhlillər aparılıb.
"Konsepsiya çərçivəsində müəyyən edilərək təklif edilmiş ssenari üzrə daha təfsilatlı 17 təhlil və təklifləri özündə əks etdirəcək Baş Plan sənədinin 2022-ci ilin birinci yarısında hazırlanması nəzərdə tutulur",- məlumatda deyilir.
Qeyd olunur ki, azad edlmiş ərazilərdə günəş enerjisi potensialı 7200 meqavatt, külək enerjisi potensialı 2000 meqavatt olaraq müəyyən edilib.
"Kiçik su elektrik stansiyaların tədqiqi üçün Qubadlı, Laçın, Kəlbəcər rayonlarına təşkil edilmiş çoxsaylı ekspedisiyalarda işğaldan azad edilmiş (o cümlədən sülhməramlıların yerləşdirildiyi ərazilər də daxil olmaqla) ərazilərdə 156 meqavattı (41 ədəd) kiçik su elektrik stansiyalar ıolmaqla ümumilikdə gücü 241,3 meqavatt olan 45 stansiya müəyyən olunub. Məlum olub ki, 34 stansiyanı işğalçılar əraziləri tərk edərkən yararsız hala salıb", - məlumatda deyilir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

















.jpg)


















.jpg)
.jpg)
