Ekopublika.az
DGK-da quş əti və yumurta istehsalçıları ilə görüş keçirildi - FOTO
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) üzvləri ilə görüş keçirilib.
Komitədən Publika.az">Publika.az-a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitənin aidiyyəti strukturlarının nümayəndələri, APEPEA-nın İdarə Heyətinin sədri Mürvət Həsənli, quş əti və yumurta istehsalı sahəsində ixtisaslaşmış sahibkarlar iştirak ediblər.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək ölkəmizin ixrac potensialının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, əlverişli biznes mühitinin yaradılması məqsədilə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, irimiqyaslı layihələrdən danışıb. Qeyd olunub ki, bu istiqamətdə gömrük orqanları qarşısında qoyulan hədəflərin uğurla reallaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük əməliyyatlarının sadələşdirilməsi və sürətləndilrilməsi, sahibkarların vaxt və vəsait itkisinin aradan qaldırılması üçün bir sıra layihələr və yeniliklər tətbiq edilir. Mütəmadi olaraq sahibkarlarla kütləvi və fərdi qaydada görüşlər keçirilir, onların səsləndirdiyi təklif və rəylər diqqətlə dinlənilirək dəyərləndirilir.
İsmayıl Hüseynov gömrük işinin səmərəli şəkildə təşkili, xarici ticarətin inkişafında gömrük-biznes dialoqunun xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb, bu baxımdan gömrük orqanlarının daim sahibkarlarla, onların təmsil olunduğu təşkilatlarla səmərəli və işgüzar münasibətlərin qurulmasına önəm verdiyini bildirib.
APEPEA-nın İdarə Heyətinin sədri Mürvət Həsənli son illərdə gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edib, gömrük əməliyyatlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, şəffaflığın təmin olunması istiqamətində görülən işləri müsbət qiymətləndirib. Mürvət Həsənli təmsil etdiyi qurumla gömrük orqanları arasında işgüzar münasibətlərin qurulduğunu, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin ümumi işə fayda verəcəyini bildirib.
Görüşdə idxal-ixrac əməliyyatlarının daha da səmərəli şəkildə həyata keçirilməsi, quş əti və yumurta istehsalı ilə məşğul olan sahibkarların gömrüklə bağlı qaldırdıqları məsələlər müzakirə olunub, təkliflər dəyərləndirilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Sahibkarların qaldırdığı bir sıra məsələlərin həlli üçün konkret tapşırıqlar verilib.
APEPEA rəhbərliyi və sahibkarlar görüşün məhsuldar keçdiyini və gömrük orqanları ilə bundan sonrakı əməkdaşlığın daha faydalı olacağını qeyd ediblər.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO


































.jpg)

.jpg)