Avropada qaz yenidən bahalaşdı: Azərbaycan neçəyə satacaq?
Bizi izləyin

Ekopublika.az

Avropada qaz yenidən bahalaşdı: Azərbaycan neçəyə satacaq?

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 300 ABŞ dollarına çatıb. 21 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) iyun fyuçerslərinin qiyməti 1 368 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4,5% çoxdur. Bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Bəs, Azərbaycan qazı neçəyə satılır? Avropada qaz qiymətlərinin artmasının Azərbaycan qazına təsirləri varmı?

src="/storage/files/upload/ea9d750edae32f94476cfeac331f32d5c49addf1.jpg" style="width: 419px; height: 323.721px;" class="fr-fic fr-dib fr-fil">

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Publika.az-a bildirib ki, spot bazarlarda (hərraclarda) mövcud olan qiymətlər Azərbaycanın ixrac etdiyi təbii qazın həm həcminə, həm də qiymətinə təsir göstərir.

“Dövlət Gömrük Komitəsinin açıqladığı son 5 ayın qaz ixracı nəticələrinə görə, Azərbaycan qazın 1 000 kubmetrini 632 dollara satıb. Ölkələr cari il üçün nəzərdə tutulan həcmdən artıq qaz ixrac edirsə, onlar həmin həcmləri müəyyən edilmiş forma ilə deyil, bazarda hansı qiymətdirsə, ona da uyğun idxal edirlər. Digər tərəfdən, Azərbaycan hansısa ölkəyə qaz satırsa və həmin ölkənin daxili bazarına hansı dövlətdən qaz idxal olunursa, onun orta qiyməti əsasında Azərbaycan qazı müəyyən endirimlə həmin ölkəyə təklif edilir. Beləliklə, həmin ölkəyə spot bazarı ilə daxil olan qazın qiymətinin artması Azərbaycan qazına da təsir göstərir” - eskpert vurğulayıb.

DGK-nin məlumatına görə, Azərbaycan cari ilin ilk 5 ayı ərzində xaricə 9.46 mlrd. kubmetr həcmində təbii qaz satıb. Xaricə satılan qazın ixrac həcmi 3% artdığı halda, onun valyuta daxil etmə həcmi 4.5 dəfə artıb. İxrac edilmiş təbii qazdan gəlir 5 mlrd. 994.79 mln. ABŞ dolları təşkil edib. 2022-ci ilin may ayında xaricə ixrac edilmiş təbii qazın həcmi isə 2.23 mlrd. kubmetr təşkil edib ki, bu da təkcə bir ay ərzində $1 mlrd. 816.56 mln. valyuta daxil olması deməkdir. May ayı üzrə ixrac öncəki ilin eyni ayı ilə müqayisədə 66% çox, dəyər baxımdan isə 9 dəfə çox artım qeydə alınıb.

Azərbaycan təbii qazın böyük hissəsini Avropaya satır. Rusiya-Ukrayna münaqişəsi fonunda enerji təchizatında yarana biləcək qırılma ehtimalları və eləcə də Avropa qazının əsas təchizatı olan Rusiya qazından imtina edilməsi ilə bağlı açıqlamalar onun qiymətini kəskin artırıbb.

Avropada qaz qiymətlərinin artmasının Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlirlərə təsirindən danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev qeyd edib ki, Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar qaz axın xətləri xəritəsinin yenidən cızılması səbəbindən hazırda bazarda qeyri-müəyyənlik var.src="/storage/files/upload/24ef479ff7e39c0ba4e39b55b5de8572d01bba14.jpg" style="width: 426px; height: 305.3px;" class="fr-fic fr-dib fr-fil">

Ekspertin sözlərinə görə, yaxın perspektivdə həm TANAP-ın, həm də Cənub Qaz Dəhlizinin Avropa ayağı olan Trans-Adriatik Boru Kəmərinin (TAP) gücləndirilməsi, ötürücülük qabiliyyətinin artırılması məsələsi gündəmdədir ki, bu da qazdan əldə olunan qiymətlərə təsir göstərəcək:

“Bu il Cənub Qaz Dəhlizinin imkanlarından istifadə etmək nəzərdə tutulub. Böyük ehtimalla Cənub Qaz Dəhlizinin Avropa ayağı olan TAP vasitəsilə Yunanıstan, Bolqarıstan və İtaliyaya 10 mlrd. kubmetrdən çox qaz ixrac etmək imkanımız olacaq. Lakin bu kəmərdə məhsul axın sürətini artırmaq mümkün olarsa, sutkalıq 31-32 milyon kubmetr qaz ixrac etmək mümkündür. Əgər buna nail ola bilsələr, bu, 11,5-12 mlrd. kubmetr qaz deməkdir. Perspektivdə bu kəmərin Balkanlara doğru genişləndirmə məsələsi də gündəmdədir. Bu zaman Azərbaycanın qaz ixrac imkanları və onun coğrafiyası bir az da genişlənəcək. Ölkəmiz ən böyük qaz həcmlərini İtaliyaya yönəldib. Keçən il Trans-Adriatik boru kəməri vasitəsilə Avropaya 8,2 milyard kubmetrdən yuxarı qaz ixrac etmişik. Bunun böyük bir hissəsi -6,7 mlrd. kubmetri İtaliyanın payına düşüb. Ötən il İtaliyaya uzunmüddətli müqavilələr əsasında qaz satmışıq. Həm də əlavə qaz həcmləri İtaliyanın qaz satış platformasında spot qiymət vasitəsilə ixrac edilir” - ekspert qeyd edib.

Z.Vəliyev vurğulayıb ki, ölkəmizin bu il təbii qaz satışından əldə etdiyi gəlir keçən illə müqayisədə artıq olacaq: “Çünki artıq biz Bolqarıstana 2 mlrd. kubmetrə yaxın qaz ixrac edəcəyik, bir neçə günə rəsmilər Bakıya gələcəklər və yeni şərtlər əsasında danışıqlar aparacaqlar. Qlobal qaz bazarlarında baş vermiş vəziyyət müqavilələrə yenidən baxılmasını qaçılmaz edir. Yəni qiymətlər əvvəlki illərlə müqayisədə kifayət qədər artıq olacaq. Bir neçə gün bundan öncə də Yunanıstan və Bolqarıstanı birləşdirən interkonnektor sənaye istismarına verildi və bundan sonra Azərbaycan qazı Bolqarıstana birbaşa TAP vasitəsilə veriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm