ABŞ
Şahbaz Şərif Trampdan iki həftə VAXT İSTƏDİ
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa müraciət edərək İranla razılaşmanın əldə olunması üçün müəyyən edilmiş son müddətin uzadılmasını xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə Şərif özünün "X" sosial şəbəkə hesabında yazıb.
"Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə nizamlanması istiqamətində diplomatik səylər sabit şəkildə irəliləyir və yaxın gələcəkdə potensial olaraq mühüm nəticələrə gətib çıxara bilər. Diplomatiyaya imkan yaratmaq üçün mən Prezident Trampdan İranla razılaşma üçün müddəti iki həftə uzatmağı israrla xahiş edirəm", — deyə Pakistanın Baş naziri bildirib.
O, həmçinin İran hakimiyyətinə müraciət edərək "xoşməramlı addım kimi" bu müddət ərzində Hörmüz boğazını açmağı xahiş edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu günün İran üçün "həlledici gecə" olduğunu bildirib və əlavə edib ki, bu gecə bütöv bir sivilizasiya məhv ola bilər.
Hüseyn İbadlı
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
