Ekopublika.az
Bakıda 7 milyon manata mənzil satılır - VİDEO
Bakıda 4, 5, 6 hətta 7 milyon manata satışa çıxarılan mənzillər var.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Xəzər TV-yə danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Bakıda, xüsusilə birinci zonada dəyəri milyonlarla manat olan bina evləri satışa çıxarılır.
Həmin mənzillərin bir hissəsi yeni, bir hissəsi isə köhnə tikili binalardadır. Alıcılara hətta 7 milyon manat dəyəri olan mənzillər də təklif edilir.
Ekspertin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında ötən il ilə müqayisədə mənzil bazarında 10%-ə yaxın bahalaşma var. Xüsusilə iri şəhərlərdə, yəni Bakı, Xırdalan və Sumqayıtda daşınmaz əmlakların satış qiymətləri kəskin artıb. Səbəblərdən biri ipoteka və yaxud digər kreditli şərtlərlə satışa yararlı mənzillərin sayının məhdud olmasıdır. Bundan başqa, söküntülər səbəbindən vətəndaşlara kompensasiya olaraq mənzil deyil, pul verilməsi də alıcıların sayını artırıb və bu da qiymətlərin yüksəlməsi ilə nəticələnib.
Ekspert deyir ki, azad edilən ərazilərdə sürətlə tikinti-bərpa işləri gedir. Keçmiş məcburi köçkünlər öz yurd-yuvalarına köçdükcə, o ərazilərdə iş yerlərinin, infrastrukturun qurulması fonunda yaşayış sahələrinin sayı da artacaq. Bu isə Bakıda insan sıxlığını azalda və qiymətlərin stabilləşməsinə səbəb ola bilər.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin110 Oktyabr 20:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin110 Oktyabr 20:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin110 Oktyabr 19:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO


























.jpg)




.jpg)


