Ekopublika.az
Çindən inanılmaz xəbər: ölkəni 60 min il elektrik enerjisi ilə təmin edə biləcək mənbə tapıldı
Çin ölkəni 60 min il elektrik enerjisi ilə təmin edə biləcək “məhdudiyyətsiz” enerji mənbəyi kəşf edib.
Publika.az xəbər verir ki, bu barədə məxfilikdən çıxarılan hesabata giriş əldə edən “South China Morning Post” yazıb.
Məlumata görə, Çin geoloqları ölkə üçün faktiki olaraq tükənməz enerji mənbəyinə çevrilə biləcək nəhəng torium ehtiyatı aşkarlayıblar.
Daxili Monqolustandakı Bayan-Obo mədən kompleksində Çinin on minlərlə il ərzində enerji ehtiyacını ödəməyə kifayət edəcək qədər torium olduğu müəyyən edilib.
Torium zəif radioaktiv elementdir və böyük miqdarda enerji yaratmaq üçün istifadə edilə bilər. Bayan-Obo yatağından 1 milyon tona qədər torium hasil edilə bilər. Bu da təkcə Çində deyil, bütün dünyada qalıq yanacaqlardan asılılığa son verə bilər.
Çin artıq Qobi səhrasında dünyanın ilk torium əridilmiş duz reaktoru elektrik stansiyasının (TMSR) tikintisinə başlayıb. Stansiyanın 10 meqavat elektrik enerjisi istehsal edəcəyi və 2029-cu ilə qədər istismara veriləcəyi gözlənilir.
Ləman
-
Region08:48Şort geyinən gənc qızın ayaqlarına zərbə endirdilər - VİDEO
-
Region08:24Türkiyə səhəri güclü zəlzələ ilə açdı
-
Ekologiya07:17Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Magazin206:16Yeni imici ilə göz oxşadı - “Hiss edirəm, çox gözəl şeylər olacaq”
-
MDB05:45Belqoroda kütləvi PUA HÜCUMU - 3-ü uşaq olmaqla 13 nəfər yaralandı
-
ABŞ04:14Pentaqon hərbi podratçılara 21 gün vaxt verdi - İranla münaqişə səbəbindən...
-
Magazin102:12İrina Şeyk kiçik bikinidə pozalar verdi - FOTO
-
Magazin200:45Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi




























.jpg)








