Ekopublika.az
Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq
Bakının Xətai rayonu NZS qəsəbəsində yerləşən həyət evlərinin su qiymətinə ucuzlaşdığı bildirilir. Həmin ərazidə metro çəkilişi olduğuna görə yaxın gələcəkdə evlərin bahalaşacağı da qeyd olunur.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə, çəkiləcək yeni metro stansiyası NZS tərəfə düşür, ikinci hissəsi isə “Maşın bazarı” tərəfdə olacaq.
Ekspert bildirib ki, metro tikintisi 10 ildən az çəkmir. Ümumilikdə Bakı- Ağ şəhər layihəsi 1-ci mərhələdə 221 hektardan ibarətdir. 2-ci mərhələsi isə artıq 1500 hektardan çoxdur. Bir hissəsi isə indiki Zığ istiqamətinə kimi gedib çıxır:
“Ərazi olduqca böyükdür. Gələcəkdə NZS qəsəbəsinin tam yenilənməsi planı var. Orada olan yaşayış fondu söküləcək. Onun yerində isə Ağ şəhər davam edəcək. 1-ci mərhələnin ərsəyə gəlməsi üçün təxminən 15 il vaxt sərf olundu. Hələ tam bitməyib. 1500 hektarlıq 2-ci mərhələ isə mənim fikrimcə buna yarım əsrdən çox vaxt lazımdır. Ən azı 30-40 il vaxt lazımdır. Bu baxımdan da NZS qəsəbəsinin sökülməsi, köçürülməsi, Ağ şəhər layihəsinə qatılması üçün çox uzun vaxt lazımdır. NZS qəsəbəsindəki yaşayış fondunun qeyri-leqal şəkildə tikilməsidir. Ona görə ki, Sovet hökuməti vaxtı, şəhər planlanmasında yaşayış üçün nəzərdə tutulmamış, sənaye ərazisi idi. Köhnə Ağ şəhər ərazisi də sənaye zonası olubdur. Orada tikilmiş evlərin 90-95 faizi qeyri-leqaldır. Orada iki və üç mərtəbəli evlər də var. O evlər də 30-cu, 40-cı illərə kimi tikilibdir. Məktəb, polikilinla, digər xidmət göstərən sahələr ümumilikdə Sovet hökuməti vaxtında və sonrakı dövrlərdə yaşayış üçün nəzərdə tutulmamışdır”.
-
Magazin218:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO
-
Yaxın Şərq17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış
-
Ekologiya17:07Zümürxan gölü zibilliyə çevrildi - Fotolar
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər
-
İqtisadi gündəm15:53Azərbaycanda dövlət qurumları nasaz avtomobilləri sığortalayırmış
-
Sosial15:30Azərbaycanda daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?
-
Nida Xəbər 15:23XİN-dən Nyu-York merinə cavab: Təhrikedici bəyanatınızı rədd edirik!
-
Ekologiya15:16İntensiv yağışlar qayıdır - Xəbərdarlıq




































