İslamiada
Voleybolçularımız Türkiyəni məğlub etdi
Mayın 13-də “Baku Crystal Hall”da IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışında üçüncü günün sonuncu oyununda Azərbaycanın və Türkiyənin kişi atletləri qarşılaşıblar.
Publika.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda komandalar qələbə qazanmaq üçün inadlı müqavimət göstəriblər. Milli komandamız ilk seti 28:26 hesabla qələbə qazansa da, ikinci set türkiyəli voleybolçuların xeyrinə başa çatıb - 25:13. Voleybolçularımız üçüncü setdə sahib olduqları üstünlüyü yekunda qələbə çevirə biliblər - 25:17. Lakin dördüncü seti Türkiyə millisi öz xeyrinə başa vurmağı bacarıb - 19:25. Millimiz gərgin keçən beşinci setdə rəqibin inadlı müqavimətinə baxmayaraq qələbə qazanaraq (18:16) oyunun taleyini həll edib – 3:2.
Mayın 14-də günün birinci görüşü Mərakeş və Əlcəzairin kişi komandaları arasında keçiriləcək. Axşam saat 19.00-da isə Azərbaycanın qadınlardan ibarət komandası Türkiyə voleybolçuları ilə qarşılaşacaq.
Fotolar: Nurlan Gülməmmədov
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...








































