İslamiada
Azərbaycanın 4 karateçisi finalda - YENİLƏNDİ
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan karateçisi Fəridə Əliyeva (+68 kq) finala vəsiqə qazanan ikinci qadın karateçimiz olub.
O, yarımfinalda pakistanlı idmançı Nərgiz Nərgizi 1:0 hesabı ilə məğlub edib.
Bundan əvvəl isə karateçilərimiz İrina Zaretskaya ,Roman Heydərov və Ayxan Mamayev də finala vəsiqə qazanıblar.
***
IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə karatenin kumite və kata yarışlarına Azərbaycanın üç qadın və üç kişi idmançısı mübarizəyə qoşulub.
Karatenin kumite yarışlarında Azərbaycanı qadın idmançılardan İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən isə Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edirlər.
Publika.az xəbər verir ki, kata yarışlarında isə ölkəmizin təmsilçiləri qadınlardan Neda Rezei, kişilərdən isə Roman Heydərovdur.
IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarına bu gün yekun vurulacaq.
***
IV İslam Həmrəyliyi Oyunları karate üzrə yarışlarda (kata) Azərbaycan karateçisi Roman Heydərov finala çıxıb.
Publika.az xəbər verir ki, idmançımız BƏƏ təmsilçisi Alabaar Xəlifəyə 5:0 hesabı ilə qalib gəlib.
İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlarda Azərbaycan idmançısı Ayxan Mamayev də özbəkistanlı rəqibi Abduləziz Otobayevi 3:1 hesabı ilə məğlub edərək finala çıxıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
***
İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlarda Azərbaycan idmançıları Asiman Qurbanlı və Ayxan Mamayev yarımfinala çıxıblar.
Publika.az Trend-ə istinadən xəbər verir ki, 84 kiloqramdan yuxarı çəki üzrə mübarizə aparan Asiman Qurbanlı pakistanlı Məhəmməd Ramzana 5:1 hesabı ilə qalib gəlib.
Ayxan Mamayev (84 kq-a qədər) əlcəzairli karateçi Muad Açaçini 5:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...








































