İslamiada
"Əlim qırıq olsaydı belə, o bayrağı tutacaqdım" - Rafael Ağayev
Hər bir idmançının özündən çox şey asılıdır. Qalib olmaq olar, lakin əsas məsələ titulu qorumaqdır. İslamiadada həm karatedə, həm də digər idman növlərində qızıllarımızın sayı çoxdur. Fürsətdən istifadə edib, medal qazanan idmançılarımızı təbrik edirəm.
Publika.az-ın report-a istinadən məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazan Azərbaycan karateçisi Rafael Ağayev deyib.
O bildirib ki, bütün qələbələrə önəm verir. 75 kq. çəki dərəcəsində mübarizə aparan karateçi uğurun arxasında ağır məşqlərin dayandığını qeyd edib:
"İstər respublika birinciliyi olsun, istərsə də, Avropa və ya dünya çempionatı, fərqi yoxdur. Çünki hər bir medal üçün tər tökürsən, əziyyət çəkirsən, ciddi zədələrlə üzləşirsən. Elə şeylər var ki, pərdə arxasındadır, onları siz görməyirsiniz. Himnimizin səslənməyi və bayrağımızın yüksəlməyi əvəzsiz hissdir".
İslamiadada Azərbaycanın bayraqdarı olan R.Ağayev bundan qürur duyduğunu bildirib:
"Bayraqdar olacağımı ilk dəfə eşidəndə çox sevindim. Bu, mənim üçün böyük şərəfdir. Əlim qırıq olsaydı belə, o bayrağı tutacaqdım. Bayraqdar olmaq hər bir idmançıya nəsib olmur. Nə qədər bu idmanda varam, Vətənimə qızıl medallar qazandırmağa çalışacağam".
Dünya karatesinin tanınmış simalarından olan idmançı
"peşəkar idmançı karyeranızı nə zaman başa vurmağı düşünürsünüz?"
sualına bu cür cavab verib:
"Karyeranın başlanması və bitməsi ilə bağlı heç kim dəqiq bir söz
deyə bilməz. Bu, insanın gücündən asılıdır. Hazırda 32 yaşım var.
2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarını düşünürəm. Orada
nəinki iştirak etmək, qızıl medalla Vətənə dönməyə
çalışacağam".
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...








































