İslamiada
Azərbaycan karateçiləri İslamiadanı 10 medalla başa vurdu (YENİLƏNDİ)
Azərbaycan karateçiləri "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını 10 medalla başa vurub.
"Report"un məlumatına görə, bu gün daha 5 medal qazanılıb.
Kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq) kimitedə, Roman Heydərov kata növündə qalib olub. Qadınlardan İrina Zaretska (68 kq) qızıl medala sahib olub. Finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə uduzan Fəridə Əliyeva (+68 kq) gümüş, Səudiyyə Ərəbistanından olan Tareq Hamedini 4:2 hesabı ilə yenən Asiman Qurbanlı (+84 kq) isə bürünc medala sahib olub.
Qeyd edək ki, ilk yarış günündə Rafael Ağayev (75 kq) və Fəridə Abiyeva (61 kq) qızıl, İlahə Qasımova (55 kq) gümüş, Firdovsi Fərzəliyev (60 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medala sahib olub.
***
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən karateçi Ayxan Mamayev qızıl medal qazanıb. "Report"un məlumatına görə, 84 kq çəki dərəcəsində çıxış edən Mamayev finalda türkiyəli Alparslan Yamanoğlunu yenib - 1:0.
***
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən karateçi Roman Heydərov qızıl medal qazanıb. "Report"un məlumatına görə, kata yarışında çıxış edən Heydərov finalda türkiyəli Mehmet Yakanı üstələyib - 3:2.
***
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın karateçi İrina Zaretska qızıl medal qazanıb. "Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən Zaretska finalda türkiyəli Eda Eltemuru məğlub edib - 6:0.
Bu, Azərbaycan karateçilərinin İslamiadada 3-cü qızıl medalı, ümumilikdə isə 6-cı medalı olub.
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...








































