İslamiada
Ruslan Abışov: "Futbol yığmamız tarixə düşdü"
"İslamiadada bir çox idmançımızın qızıl medal qazanması bizdə əlavə məsuliyyət yaratmışdı. Üstəlik, mövsümün sonu olduğundan, böyük yorğunluq var idi. Lakin layiqincə mübarizə aparıb yekunda qalib olduq. Bütün futbol ictimaiyyətini bu münasibətlə təbrik edirəm".
Publika.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ruslan Abışov jurnalistlərə açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi əldə etdikləri nailiyyəti böyük uğur adlandırıb: "Çünki bu, 54 ölkənin mübarizə apardığı İslamiadada əldə olunub. Futbol yığmamız tarixə düşdü. İnanıram ki, bundan sonra istər klub, istərsə də yığma səviyyəsində uğurlarımız daha çox olacaq".
Abışovun fikrincə, futbol yarışında Mərakeş və Kamerun yığmaları da finalda oynamağa layiq idilər: "Bizim qrup doğrudan da çətin idi. Mərakeş və ya Kamerun digər qrupdan çıxsaydı, finalda ikisindən biri oynayacaqdı. Mən daha çox Mərakeşi fərqləndirərdim. Düzdür, biz də çempion olmağı çox istəyirdik. Çünki evdə oynayırdıq. Azarkeşlər daha çox bizdən uğur gözləyirdilər. İdmançılarımızın İslamiadada çoxlu medal qazanmaları bizim də üzərimizdə böyük məsuliyyət, təzyiq yaradırdı. Sonda hər şey yaxşı oldu. Oyunları zədəsiz başa vurduq".
Təcrübəli idmançı İslamiadada medal qazanan bütün idmançıları təbrik etməklə yanaşı, medalsız qalanlara səbr diləyib: "Bütün idmançılarımıza uğurlar arzulayıram. Sağ olsunlar, İslamiadada çox böyük nailiyyətlər əldə etdilər. Əlbəttə, azarkeşlərə də dərin təşəkkürümü bildirirəm. Bu gün onların sayəsində qələbə qazandıq. Nəinki biz, bütün idmançılar uğurlarını azarkeşlər sayəsində əldə ediblər. Uğursuz idmançılar isə səbrli olsunlar, çalışsınlar. Qarşıda onların da uğurları olacaq".
Sonda Abışov iyunun 10-da Şimali İrlandiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına yaxşı hazırlaşaraq, qalib gəlmələrinin vacibliyini vurğulayıb.
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı













.jpg)























