İslamiada
Azad Rəhimov: “Qızıl medal qazanan idmançıya 150 min manat veriləcək”
“IV İslam Həmrəyliyi Oyunlarında birinci yerin sahibi olan idmançıların hər birinə 100 min manat dövlət büdcəsindən pul mükafatının verilməsi nəzərdə tutulub”.
Publika.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi Oyunlarında qalib idmançılara veriləcək pul mükafatının məbləğinə aydınlıq gətirərkən deyib.
A.Rəhimov bildirib ki, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin sərəncamına əsasən 50 min manatla birlikdə ümumilikdə qızıl medal qazanan idmançıya 150 min manat veriləcək:
“Amma federasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik”.
Nazir 150 min manat pul mükafatının çox olduğuna dair iddialara belə cavab verib:
“I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 150 minlə bu 150 min eyni deyil. İslam Həmrəyliyi Oyunlarını Avropa Oyunları ilə eyni səviyyədə tuturuq. İslamiadanı keçirən İndoneziya da idmançılarına təxminən elə bu məbləğdə pul mükafatı vermişdi”.
Vasif Həsənli
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir












.jpg)






.jpg)

















