Köşə
Erməni kəşfiyyatının “mühacir ovu”
Ermənistan Azərbaycana qarşı “etnik separatçılıq”
kartını yenidən aktivləşdirdi və bunun Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqların yeni mərhələyə keçməsi ərəfəsində baş
verməsi təsadüfi deyil. Talışların adından sui-istifadə edən vətən
xaini Əlikram Hümbətovun rəhbəri olduğu “Talış-Muğan Mühacir
Hökuməti” (TMMH) adlı separatçı təşkilatın son günlər aktivləşməsi
və Azərbaycana qarşı bölücü bəyanatlar verməsi, ardınca
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi
haqqında danışarkən Azərbaycandakı etnik azlıqlara toxunması diqqət
çəkdi. Son bir həftədə qeydə alının üç hadisə “nə baş verir”
sualını önə çıxarır:
BİR: Hollandiyada mənzillənmiş “TMMH” adlı
separatçı təşkilat fevralın 9-da Azərbaycanda konstitusiya
quruluşunu devirərək, şəriət dövləti yaratmaq cəhdinə görə həbs
edilən Tale Bağırzadə və onun rəhbəri olduğu “Müsəlman Birliyi
hərəkatı”nın üzvlərinin müdafiəsinə qalxdı. Əsas profili separatizm
olan bu təşkilat “siyasi məhbuslara azadlıq” tələbi ilə çıxış edir
və Azərbaycanı təhdid edir ki, “əməlləriniz haqqında bütün dünyaya
car çəkəcəyik”.
İKİ: Fevralın 11-də “TMMR prezidenti” Əlikram
Hümbətov və “TMMR baş naziri” R. Mirzəyevin imzası ilə BMT
Təhlükəsizlik Şurasına, Avropa Şurasının Parlament Assambleyasına
və Avropa Şurasının Nazirlər Komitəsinə Azərbaycanda “talışların
hüquqlarının pozulduğu” iddiaları ilə müraciət ünvanlanıb.
ÜÇ: Ə.Hümbətov və dəstəsinin erməni xüsusi xidmət
orqanlarının və Qərbdəki erməni diasporu/lobbisinin nəzarəti
altında Azərbaycana qarşı bu cür iddialar irəli sürdüyü, separatizm
cəhdləri etdiyi faktı dəfələrlə baş verib, bu müraciət də növbəti
cəhdlərdən biridir. Lakin burda diqqət çəkən məqam Azərbaycana
qarşı “siyasi məhbus” iddiasının separatçılar tərəfindən də kart
olaraq istifadə edilməsi və fevralın 11-də ünvanlanan müraciətdən
bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla
bağlı verdiyi bəyanatdır.
Fevralın 12-də Paşinyan Ermənistan parlamentində çıxışı zamanı
Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakı haqqında
danışarkən bəyan etdi ki, “Bakı “Qarabağ nümayəndələrinin”
danışıqlarda iştirakına belə reaksiya verir: əgər erməni tərəfi
danışıqlara Qarabağ nümayəndələrini cəlb edəcəksə, onda Bakı da
Qarabağın Azərbaycanlı İcmasının iştirakında təkid edəcək. Əslində,
bu mövqe aydınlaşdırılmalıdır. Çünki Qarabağın Azərbaycanlı İcması
Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak ediblər, buna görə
də Azərbaycan prezidenti, hökuməti və parlamenti bu insanların
adından danışıqlar aparmaq mandatına malikdirlər. Əgər Qarabağın
Azərbaycanlı İcması danışıqlarda tərəf kimi iştirak edirsə, onda
belə çıxır ki, Azərbaycan hakimiyyəti danışıqlarda bütün Azərbaycan
dövlətini təmsil edə bilməz. Azərbaycan hakimiyyəti bu ölkədəki
etnik azlıqların adında danışa bilərmi?!”.
Paşinyan bu sualla əslində “Azərbaycan hakimiyyətinin ölkədəki
etnik azlıqların adından çıxış edə bilməz” tezisini önə sürür və bu
erməni xüsusi xidmət orqanlarının illərdir Azərbaycana qarşı
apardığı bu siyasətin davamıdır. Lakin Paşinyan Dağlıq Qarabağ
münaqişəsi üzrə aparılan danışıqlardan danışarkən bu kartı irəli
sürməsi təsadüfi deyil.
TƏSLİM PLANI: Nikol Paşinyan münaqişəsinin həlli
ilə bağlı danışıqlardan qaça bilmir, çünki ona seçkini keçirmək və
hakimiyyətini möhkəmləndirmək üçün kifayət qədər vaxt verildi.
Bununla yanaşı, hazırda prosesə moderatorluq edən ABŞ münaqişəsinin
həllini tələb edir, Paşinyan isə hakimiyyətə gəlişində rolu olmuş
güclərə etiraz edə bilmir və anlayır ki, sülh razılaşması mütləq
şəkildə ərazilərin qaytarılması ilə nəticələnəcək, sülh
razılaşmasından imtina isə Azərbaycanın beynəlxalq hüquq
çərçivəsində öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək hüququnu
verir. Hər iki variantda Ermənistan geri çəkilməlidir.
Danışıqlardan qaçmaq müharibə təhlükəsi ilə yanaşı, Ermənistanın
blokada vəziyyətinin də davam etməsi deməkdir. Halbuki, bu, həm
Paşinyan hakimiyyətinin iqtisadi vədlərini yerinə yetirməməsi və
ermənilərin aclıq vəziyyətinin davam etməsi, həm də Qərbyönümlü
erməni hakimiyyətinin Rusiyanın qabağından qaçmaq manevrlərinin
tükənməsi deməkdir. Paşinyanın hakimiyyətə gəlməsində rol oynayan
ABŞ-ın istəyi də Ermənistanın Türkiyə ilə sərhədləri açması və
Rusiyadan asılılığının başa çatmasıdır. Vaşinqton bölgəyə geosiyasi
planları fonunda baxır və bu planların baş tutmasının yeganə açarı
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa əsasən Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində həllidir.
Ermənistan hakimiyyəti, xüsusilə Paşinyanın hakimiyyətə gəlişində
körpü rolunu oynayan erməni diasporu/lobbisi ərazilərin qaytarmadan
blokada vəziyyətindən çıxmaq planları qurur. Bu nə qədər mümkünsüz
görünsə də, hakimiyyət, diaspor və lobbini özündə birləşdirən
erməni mafiya dairələri Azərbaycana müxtəlif istiqamətlərdən təzyiq
etməklə rəsmi Bakını təslim olmağa məcbur edə biləcəklərini hesab
edirlər. “Etnik separatizmin” aktivləşməsi bu planın bir parçası
olaraq görünür.
Bu planda “insan haqları” məsələsi xüsusi yer tutur. Məqsəd
Azərbaycanın anti-demokratik imicini formalaşdırmaq və beynəlxalq
təşkilatlar vasitəsilə təzyiq edilməsinə nail olmaqdır. Ə.Hümbətov
və dəstəsinin Tale Bağırzadəyə, o cümlədən “siyasi məhbuslara
azadlıq” tələbi də buna hesablanıb. Burada bir-birinin davamı olan
iki istiqamət var:
Birinci istiqamət: erməni xüsusi xidmət orqanları
və erməni diasporu/lobbisi Ə. Hümbətov və dəstəsindən separatizm
kartı olaraq istifadə etməklə yanaşı, onların “insan haqlarının
müdafiəçisi” imicini də formalaşdırır. Ə. Hümbətovun oğlunun CODA
(Committee Outlines of Democracy in Azerbaijan) “Azərbaycanda
Demokratiya Komitəsi” adlı təşkilata rəhbərlik etməsi də bunu
təsdiqləyir. Bu təşkilat 2010-cu ilin 19 may tarixində Hollandiyada
qeydiyyatdan keçib, Voorburg şəhərində fəaliyyət göstərir. Rəsmi
ünvanı belədir: Herman Heijermanshof 25. Rəhbəri Toeral
Goemmatovdur.
Özünü Toeral Goemmatov deyə təqdim edən şəxs Azərbaycan dövlət
quruluşunun bölünməsinə hesablanan separatçı fəaliyyəti ilə
məşhurlaşmış, vaxtilə məhz separat fəaliyyətinə görə həbs edilən,
daha sonra Hollandiyaya köçən, hazırda İrəvanda “qəhrəman” kimi
qarşılanan və talışların adından yararlanaraq, külli miqdarda pul
qazanan, həmçinin, məhz bu ad altında Azərbaycana qarşı
separatçılıq işini davam etdirən Əlikram Hümbətovun oğlu Tural
Hümbətovdur. Ə.Hümbətov 2010-cu ildə bu təşkilatı yaradıb və oğlu
T.Hümbətovu rəhbər təyin edib.
T.Hümbətovun rəhbərlik etdiyi CODA təşkilatı “Talış Azadlıq
Hərəkatı” adlı separatçı təşkilatla eyni ünvanda - Voorburg şəhəri,
Herman Heijermanshof 25-də yerləşir.
Məqsəd separatizmi Azərbaycana “demokratiya” adı altında
gətirməkdir. Çünki Ə.Hümbətovu adından istifadə etdiyi talış xalqı
daşqalaq edərək qovdu. Onun CODA təşkilatı yaradaraq, xain
fəaliyyətini demokratiya pərdəsinin arxasında gizlətməsi də məhz
buradan qaynaqlanır. O, “Talış Xalq Hərəkatı” adlı təşkilatı
üzərindən hərəkət etməklə Azərbaycanda heç bir dəstək
qazanmayacağını bilir, Avropada isə yalnız özü kimi separatçılardan
başqa ona heç bir dəstək verməyəcək. Lakin “Azərbaycanda media
azadlığı, demokratiya quruluşu” adı altında hərəkət etmək ona həm
separatçı fəaliyyətini pərdələməyə, həm də müəyyən dəstək əldə
etməyə imkan yaradır.
Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığına
şübhə olmayan bu plana görə, Azərbaycanda yarana biləcək hər-hansı
xaos vəziyyətində separatçıların məhz “insan haqlarının
müdafiəçisi” adı altında gəlməsi və ölkəni bölməsidir. Dağlıq
Qarabağ münaqişəsi ətrafında cərəyan edən proseslər fonunda Ə.
Hümbətovun “siyasi məhbus” iddiasını dilə gətirməsi, buna paralel
olaraq, Ermənistanın baş nazirinin Azərbaycanda “etnik azlıq”
amilinə toxunması hesab etməyə imkan verir ki, erməni xüsusi xidmət
orqanları planı dövriyyəyə salıb.
Burada separatçılar və onları idarə edən ermənilərlə Avropaya
“siyasi mühacir” adı altında sığınanların eyni iddialara istinad
etməsi şübhələrə yol açır və bu, prosesin ikinci tərəfini önə
çıxarır.
İkinci istiqamət: qondarma “TMMH”-nin saytı olan
“talysh.org” saytında hazırda Hollandiyada “siyasi mühacir” adı
altında yaşayan Leyla Yunusa ünvanlanan doğum günü təbriki öz
təmtərağı ilə diqqət çəkir.
“Azərbaycanın ilk fədakar hüquq müdafiəçilərindən biri, insanların
hüquq və azadlıqları naminə min-bir məşəqqətli mübarizə yolundan
geri çəkilməyən dostumuz və kolleqamızı bütün redaksiyanın adından
Leyla Yunusu (Yunusova) Ad Günü münasibətilə təbrik edir, ona
möhkəm cansağlığı və uzun ömür diləyirik!”, - 2017-ci ilin 21
dekabr tarixində yayımlanan təbrik məktubunda deyilir.
Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini
gizlətməyən separatçıların “insan haqlarının müdafiəçisi” Leyla
Yunusu “dostumuz və kolleqamız” adlandırması fonunda L.Yunusun
həyat yoldaşı Arif Yunus və onun qardaşı Ramiz Yunusun analarının
Arsalyus Arsenovna Barseqyan olması, o cümlədən, ermənilərin bir
neçə il öncə “Leyla Barseqyana azadlıq” tələbi ilə çıxış etməsini
yada salır. Və belə görünür ki, erməni xüsusi xidmət orqanları
“insan haqları planı”nda separatçılarla “siyasi mühacir” adı
alanları birlikdə daxil edib. Bu planın idarə edildiyi mərkəz
Hollandiyadır. Burada son günlər gündəmə gələn “Avropada yaşayan,
lakin Leyla və Arif Yunusun Azərbaycana qarşı apardıqları
kampaniyaya dəstək verməyən azərbaycanlılar onların “arayışı” ilə
deportasiya təhlükəsi ilə üzləşirlər, buna görə də bir çox
azərbaycanlı məcburiyyətdən bu kampaniyalara qoşulur” xəbəri yada
düşür.
Beləliklə, daşlar bir-bir yerinə oturur: Erməni
diasporu/lobbisi və erməni xüsusi xidmət orqanları separatçılarla
“insan haqları müdafiəçilərinin” əli ilə Avropadakı
azərbaycanlıları “ovlayır” və Azərbaycana qarşı istifadə
edirlər.
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar